Tümer Metin "Fənərbaxça"nın hücumçusunu "göydən yerə vurdu": "O, milli komandanı talan etdi, indi də..."

Tümer Metin \"Fənərbaxça\"nın hücumçusunu \"göydən yerə vurdu\": \"O, milli komandanı talan etdi, indi də...\" 

İDMAN

Bugün, 15:21

Mia.az xəbər verir ki,

Türkiyə mətbuatına istinadla xəbər verir ki, komandanın uğursuz oyun üslubunu tənqid edənlərdən biri də "Fənərbaxça"nın keçmiş oyunçusu, hazırda şərhçilik edən Tümer Metindir.

O, "Tivibu Spor"da komandanın oyunu ilə yanaşı, transferlərini də "göydən yerə" vurub: "Məsələn, Lukakuya baxın, belə hücumçu olar?  Lukakunun çəkisinə baxın. Onun karyerası haqqında çox anışa bilərsiniz, lakin bilmirsiniz ki, adam Belçika Milli Komandasını da talan eləyib. Qızıl nəsil adlandırılan o komanda Lukaku sayəsində heç nəyə nail ola bilmədi. İndi keçək bura. Belçikalı hücumçunun oyun tərzi Super Liqa üçün uyğun deyil. Onun "Napoli"də parladığı bir dövr var idi. Qalan harada nə göstərib ki? O, birmənalı olaraq liqamız üçün uğurlu oyunçu deyil. Komanda rəhbərliyi oyun üslubu ilə yanaşı, hücum sistemini də dəyişməlidir, yoxsa heç bir nəticə alınmayacaq".

Fərid

MİA.AZ 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR