Azərbaycan və Türkiyə XİN başçıları brifinqdə: "Bölgədə baş verən proseslər hər iki ölkəni narahat edir"

Azərbaycan və Türkiyə XİN başçıları brifinqdə: \"Bölgədə baş verən proseslər hər iki ölkəni narahat edir\"

SİYASƏT

Bugün, 14:44

"Hazırda bölgədə baş verən proseslər, təlatümlər və təhlükəsizlik çağırışları hər iki ölkəni narahat edir".

Mia.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə mətbuat üçün brifinqdə deyib.

"Yaxın Şərqdəki proseslər fonunda Türkiyə və Azərbaycanın birlikdə atacağı addımları bir daha müzakirə etdik. Eyni zamanda Vaşinqton görüşündən sonra regiondakı proses barədə də danışdıq. Bu koordinasiya və məsləhətləşmələrin davam etdirilməsini bir daha qarşılıqlı olaraq vurğuladıq", - nazir qeyd edib.

Ceyhun Bayramov həmçinin bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı BMT və onun qurumları, TDT, İƏT, D8, ATƏT və bir sıra digər platformalarda çox böyük önəm kəsb edir.

Bundan başqa, nazir ikitərəfli görüşdə TDT-nin bu il Türkiyədə keçiriləcək Zirvə görüşünün də müzakirə edildiyini vurğulayıb: "Bu təşkilat qardaş ölkələri birləşdirən bir ailə təşkilatıdır. Bu mənada, əlaqələrin inkişafı bütün ölkələr üçün əhəmiyyətlidir". (report)

Türkiyə XİN başçısı Hakan Fidan da İranda baş verən hadisələrin Azərbaycan və Türkiyəyə təsirini dilə gətirib.

Nazir qeyd edib ki, İranda baş verən hadisələrin diplomatik yolla həllinin tərəfdarıdılar: "Böhranın həlli, bölgədə sülhün təmini üçün bütün tərəflərlə təmaslar davam edir".

Hakan Fiddan Qara dənizdə gəmilərə hücumla bağlı münaqişə tərəflərinə - Rusiya və Ukraynaya lazımi xəbərdarlıq edildiyini də açıqlayıb: "Biz bu gün azərbaycanlı həmkarımla bu müharibəni də müzakirə etdik. Son vaxtlar Qara dənizdə yük gəmilərinə qarşı hücumlar ciddi narahatlıq doğurur. Təəssüf ki, Azərbaycan və Türkiyə vətəndaşları arasında həlak olanlar da var. Biz münaqişə tərəflərinə bu məsələ ilə bağlı lazımi xəbərdarlıqlarımızı edirik. Son günlərdə bu təmaslar daha da artırılıb".

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR