Məkkə, Ciddə və Taif şəhərlərində təhlükə siqnalları aktivləşdirilib - Husilər Səudiyyə Ərəbistanını təhdid edir

Məkkə, Ciddə və Taif şəhərlərində təhlükə siqnalları aktivləşdirilib - Husilər Səudiyyə Ərəbistanını təhdid edir 

DÜNYA

Bugün, 14:26

"Bu gün Səudiyyə Ərəbistanının Məkkə, Ciddə və Taif şəhərləri də daxil olmaqla, bir çox ərazilərində erkən xəbərdarlıq sistemləri aktivləşdirilib".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə İdarəsi yerli əhaliyə xəbərdarlıq edib.

Xəbərdarlıqda Məkkə, Taif və Ciddə üçün təhlükəli hücum gözlənildiyi açıqlanıb: "Vətəndaşlardan potensial təhlükələrə qarşı ayıq-sayıq olmaları, hakimiyyət orqanlarının təlimatlarına əməl etmələri və izdiham içində toplaşmamaları xahiş olunur".

Daha sonra isə ehtimal olunan hər hansı bir hadisə baş verərsə, onun videogörüntüsünün çəkilməməsi barədə xəbərdarlıq verilib.

Xəbərdarlıqda təhlükədən söz açılmasa da, bəzi mənbələrin Yəməndəki husi qruplaşamasının Səudiyyəni hava zərbəərinə cavab olaraq qeydedilən şəhərlərə cavab hücumu həyata keçirəcəyini yazırlar.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR