"VTB Bank"a sanksiya qoyuldu - Bankın Azərbaycandakı törəməsini nə gözləyir?

\"VTB Bank\"a sanksiya qoyuldu - Bankın Azərbaycandakı törəməsini nə gözləyir?

İQTİSADİYYAT

Bugün, 14:15

ABŞ Maliyyə Nazirliyi Rusiyanın VTB Bankını İrana qarşı tətbiq etdiyi sanksiyalar siyahısına əlavə edib.

Mia.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Vaşinqton VTB-yə qarşı ilk sektoral sanksiyalarını 2014-cü ildə tətbiq etməyə başlayıb.

Tribuna.az qeyd edir ki, Rusiyanın VTB Bankının Azərbaycanda da törəmə bankı fəaliyyət göstərir. VTB Bank Azərbaycanın açıqladığı maliyyə məlumatlarına əsasən, bankın əsas səhmdarı Rusiyanın VTB Bankıdır və Azərbaycan bankının səhmlərinin 99,99 faizi Rusiya VTB-sinə məxsusdur.

Məlumat üçün bildirək ki, bankın Bakıdakı filialının İdarə Heyətinin sədri İqor Okayevdir.

İdarə Heyətində iki azərbaycanlı var – Tural Hüseynov və Yaşar Kərimov.

Müşahidə Şurasında isə bir azərbaycanlı yer alır – İlham Qafarov.

Ümumiyyətlə, Ukraynaya qarşı müharibə başlayandan bəri Qərb ölkələri VTB Banka sanksiya tətbiq edib. Təbii ki, bu illər ərzində bankın fəaliyyətinə ciddi təsir göstərib. Azərbaycanda da VTB müştəriləri azalıb və ona etimad aşağı səviyyəyə enib. Çünki bankın gələcək taleyi sual altındadır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR