Ədliyyə orqanlarına qulluqkeçmə qaydası dəyişir

Ədliyyə orqanlarına qulluqkeçmə qaydası dəyişir

CƏMİYYƏT

Bugün, 14:06

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil olunacaq.

Mia.az xəbər verir ki, bu barədə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.

Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir. Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR