"İndi neft və boğazlarla bağlı güc balansı dəyişib" - Rəsmi Tehran Trampın "danışıqlara hazırıq" mesajını rədd etdi

\"İndi neft və boğazlarla bağlı güc balansı dəyişib\" - Rəsmi Tehran Trampın \"danışıqlara hazırıq\" mesajını rədd etdi 

GÜNDƏM

Bugün, 13:42

"İranın şərtləri yerinə yetirilməyincə, heç bir danışıqlar olmayacaq".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai ABŞ prezidenti Donald Trampın "danışıqlara açığıq" sözünə cavabda deyib.

O bildirib ki, danışıqların bərpası ümün Tehranın şərtləri var və ABŞ bundan xəbərdardır: "ABŞ prezidentinin "danışıqlar yoxdur"dan "danışmağa hazırıq"a sürətli fikir dəyişikliyinə alışığıq. Təbii ki, biz artıq belə qarışıq mesajlara aldanmırıq. İndi neft və boğazlarla bağlı güc balansı dəyişib. Vəziyyəti xilas etməyə çalışmaq, qarşıdakıları dayandırmaq artıq düşmənin gücü daxilində deyil. İranın şərtləri yerinə yetirilməlidir. Yoxsa, həır hansı danışıq olmayacaq".

Xatırladaq ki, son bir neçə günə qədər İranla danışıqlar olmayacaq" deyən Tramp son açqlamasında "İranla danışmağa hazırıq" deyib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR