Bulvarda dənizin üzərindəki neft ləkələri təmizlənir

 Bulvarda dənizin üzərindəki neft ləkələri təmizlənir

CƏMİYYƏT

Bugün, 11:44

Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən edilmiş tapşırıqlar çərçivəsində buxtanın Dənizkənarı Milli Park ərazisinə düşən hissəsində suyun müxtəlif üzvi tullantılardan, neft ləkələri və qalıqlardan təmizlənməsi işləri aparılır.

Mia.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsi açıqlama yayıb.

Bildirilib ki, tədbirlər Dənizkənarı Bulvar İdarəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin (FHN) Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti arasında bağlanmış müvafiq müqaviləyə əsasən həyata keçirilir.

İşlər çərçivəsində FHN Xəzər Hövzə Qəza-Xilasetmə Xidməti tərəfindən suyun səthində toplanmış neft ləkələri və müxtəlif tullantılar, sahilyanı ərazilər təmizlənir.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi və bəzi sahələrdə dayazlaşmanın müşahidə olunması ilə əlaqədar təmizlik işləri zamanı xüsusi qurğu və avadanlıqlardan istifadə edilir.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR