İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - FOTOLAR
GÜNDƏM
Bugün, 10:46
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakıda Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında qurulan "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib.
Mia.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına "SABAH.city" innovasiya şəhərciyi barədə məlumat verib.
Bildirildi ki, layihə ümumilikdə 20 hektarda icra olunacaq. Birinci mərhələ 5 hektardan çox ərazini və ümumilikdə 20 min kvadratmetr tikili sahəni əhatə edir. Burada tikinti işlərinə ötən ilin oktyabrında başlanılıb və bir-biri ilə əlaqələndirilmiş 4 korpusdan ibarət kompleks inşa olunub. Şəhərcikdə 5 restoran, market və tədbirlər zalı, həmçinin açıq idman infrastrukturu - basketbol, futbol meydançaları və 2 padel kortu yaradılıb, açıq havada istirahət zonaları, piyada və velosiped zolaqları, parklanma sahələri təşkil edilib.
Şəhərcikdə Bakı Dövlət Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin mühəndislik, informasiya texnologiyaları, tətbiqi elmlər istiqamətlərində təhsil alan 1500-dən çox tələbəsinin tədrisə və praktiki fəaliyyətə cəlb edilməsi nəzərdə tutulur. Şəhərciyin tam fəaliyyətə başlaması ilə isə gündəlik ziyarətçi sayının təxminən 3 min nəfər olacağı gözlənilir.
Burada ASAN Süni İntellekt Mərkəzi (ASAN AI Hub) də yaradılıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevə ASAN Süni İntellekt Mərkəzi, "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, həmçinin "ASAN xidmət"in "Süni İntellekt Assistent" layihəsi barədə məlumat verdi.
ASAN Süni İntellekt Mərkəzi Azərbaycanda süni intellekt sahəsində innovativ təşəbbüsləri dəstəkləmək, tədqiqatçıları, dövlət qurumlarını, özəl sektoru və fərdi istifadəçiləri vahid rəqəmsal platformada (www.asanhub.ai) bir araya gətirmək, açıq innovasiya modelini təşviq etməklə dövlət, biznes və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə yaradılıb. Bugünədək ümumilikdə 50 süni intellekt həlli təqdim olunub. ASAN Süni İntellekt Mərkəzi ölkədə fəaliyyət göstərən 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası, bir sıra nüfuzlu xarici universitetlər (Sinxua Universiteti (Çin), Oksford Universiteti (Birləşmiş Krallıq) və Boğaziçi Universiteti (Türkiyə)), eyni zamanda, digər beynəlxalq nüfuzlu tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurub.
"ASAN xidmət"in "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzindən bu günədək 150 startap yararlanıb, 4 startap xarici investorlar tərəfindən satın alınıb.
"Süni İntellekt Assistent" platforması "ASAN xidmət"in müxtəlif fəaliyyət istiqamətləri barədə məlumatı sürətli, sadə və adi söhbət formatında əldə etmək, təhlil və proqnozlaşdırmaq imkanı yaradır.
"SABAH.city" innovasiya şəhərciyində Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti tərəfindən yaradılan ümumilikdə 13 tədris və tədqiqat laboratoriyası var. Laboratoriyalarda süni intellekt, robototexnika, kompüter elmləri, kibertəhlükəsizlik, biotexnologiya, nanobiologiya, nanofizika, kimya, telekommunikasiya və digər prioritet elmi-texnoloji istiqamətlər üzrə tədqiqat və tətbiqi fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.
Burada, eyni zamanda, 12 startapın yer aldığı "kovorkinq" (insanların və şirkətlərin işləməsi üçün nəzərdə tutulmuş ortaq iş məkanı) zonası, yerli və beynəlxalq texnologiya şirkətləri, korporativ tədqiqat və inkişaf mərkəzləri, həmçinin innovasiya ekosisteminin digər iştirakçıları üçün 22 ofis sahəsi var.
Layihənin birinci mərhələsinə 3 ali təhsil müəssisəsi ilə yanaşı 8 texnologiya və innovasiya yönümlü şirkət, 12 startap olmaqla ümumilikdə 23 əsas ekosistem iştirakçısı cəlb edilib.
Qeyd edək ki, layihənin icrasında əsas məqsəd ölkəmizin innovasiya, elm, təhsil və yüksək texnologiyalar ekosisteminin əsas iştirakçılarını vahid məkanda bir araya gətirməklə onların qarşılıqlı fəaliyyətini gücləndirən innovasiya mühitinin formalaşdırılmasıdır. "SABAH.city" bilik və texnologiyanın iqtisadi və sosial dəyərə çevrilməsini dəstəkləyən kompleks innovasiya platforması kimi mühüm rol oynamaqla uzunmüddətli perspektivdə insan kapitalının, tətbiqi elmin, texnologiya transferinin və Azərbaycanın innovasiya ekosisteminin rəqabət qabiliyyətinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Sahil Babayev özünə daha bir müşavir götürdü
Bugün, 12:29 İQTİSADİYYAT
-
İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın sertifikatı verildi - FOTOLAR
Bugün, 12:19 GÜNDƏM
-
Sabah yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
Vahid Ələkbərovun bankında dəyişiklik oldu
Bugün, 12:09 İQTİSADİYYAT
-
"Nəqliyyat və digər xidmət sektorlarında keyfiyyət pisləşir" - BAKI METROSUNDA NƏ BAŞ VERİR? (YENİLƏNİB)
Bugün, 12:02 CƏMİYYƏT
-
Bulvarda dənizin üzərindəki neft ləkələri təmizlənir
Bugün, 11:44 CƏMİYYƏT
-
HUSİLƏR İRƏLİLƏYİR, HÖKUMƏT QÜVVLƏRİ DİRƏNİR, ƏR-RİYAD SAVAŞIN ƏRAZİSİNƏ KEÇƏCƏYİNDƏN QORXUR - 4 bölgənin əhalisinə xəbərdarlıq edildi
Bugün, 11:36 GÜNDƏM
-
Müsəlman dini liderlər Prezident İlham Əliyevə müraciət ediblər - MƏTN
Bugün, 11:29 GÜNDƏM
-
İran: "ABŞ-ın daha bir MQ-1 pilotsuz təyyarəsi vurulub"
Bugün, 11:29 DÜNYA
-
TDT Müsəlman dini liderləri Bakıya toplandı, bəyannamə qəbul etdi - MƏTN (YENİLƏNİB)
Bugün, 11:18 GÜNDƏM
-
Milli Məclisdə daha bir sahə üzrə ictimai dinləmə keçiriləcək
Bugün, 11:03 GÜNDƏM
-
Şenol Günəş "Trabzonspor"a 5-ci dəfə qayıdır
Bugün, 10:53 İDMAN
-
İlham Əliyev "SABAH.city" innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında - FOTOLAR
Bugün, 10:46 GÜNDƏM
-
DTX rəisi Çində - Azərbaycanla təhlükəsizlik sahəsində yeni saziş imzalandı
Bugün, 10:46 SİYASƏT
-
"Adanalı" serialının "Maraz Ali"si geri dönür
Bugün, 10:29 MƏDƏNİYYƏT
-
KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi
Bugün, 10:21 İQTİSADİYYAT
-
SOCAR-dan "AZƏRİQAZ"a XƏBƏRDARLIQ: çıxış yolu sayğac dəyişməkdirmi? - Azər Məmmədov və komandası hələ də "transformasiya" ilə "oynayır" (VİDEO)
Bugün, 10:21 İQTİSADİYYAT
-
Vəkillər Kollegiyası üzvlüyünə qəbul: ixtisas imtahanına sənəd yığılır
Bugün, 10:13 CƏMİYYƏT
-
UNEC rektoru: "Bununla təhsildə "hər şeyin düzəlməyəcəyi"ni hamı qəbul edir"
Bugün, 10:08 CƏMİYYƏT
-
Bakıda bir evin qiymətinə İspaniyada bir kənd aldı: içində kilsə, məktəb, 44 ev və... - FOTOLAR
Bugün, 09:56 İQTİSADİYYAT
-
Gəncədə iki nəfər bıçaqlandı
Bugün, 09:34 KRİMİNAL
-
İki təhlükəli virusa qarşı erkən xəbərdarlıq sistemi: TOYUQLAR!
Bugün, 09:02 DÜNYA
-
Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!
Bugün, 00:52 İDMAN
-
Suriyada yanacaq qiymətləri bahalaşdı, etirazlar böyüdü
Bugün, 00:41 DÜNYA
-
HUSİLƏR YƏMƏNİ SÜRƏTLƏ ƏLƏ KEÇİRİR: hökumət itkiləri etiraf elədi, qruplaşma isə...
Bugün, 00:29 GÜNDƏM
-
Hakan Fidan Şeybani və Xəttabla görüşüb
Bugün, 00:24 DÜNYA
-
İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb
Bugün, 00:17 DÜNYA
-
Hörmüz boğazında İran gəmisi vurulub - Ölən və yaralananlar var
Bugün, 00:07 GÜNDƏM
-
Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə
Bugün, 00:06 MƏDƏNİYYƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 CƏMİYYƏT
-
"Qalatasaray" doğma meydanında qalib gəldi
13.09.2026, 23:03 İDMAN
-
"İçində ilan zəhərini gəzdirən biri gəlib öz zəhərini tökür…" - İcra başçısı qəzəbləndi
13.09.2026, 22:30 SİYASƏT
-
"Kurtlar Vadisi" serialının ssenaristləri istintaqa çəkildi - Kəşfiyyatçının sirli ölümü ilə bağlı
13.09.2026, 21:53 MƏDƏNİYYƏT
-
BAKIDA DAHA BİR DƏBDƏBƏLİ TOY: SOCAR-da işləyən qızın toyuna türkiyəli müğənnilər də gəlib + VİDEO, FOTOLAR
13.09.2026, 17:40 MƏDƏNİYYƏT