KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi

KTN-də unikal təyinat: “Bakı Taksi Xidməti”nin baş direktoruna yüksək vəzifə verildi

İQTİSADİYYAT

Bugün, 10:21

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-də yeni təyinat olub.

Mia.az iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı kənd təsərrüfatı naziri Məcnun Məmmədov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Fuad Əliyev “Aqrar Tədarük və Təchizat” ASC-nin İnzibati idarəetmə departamentinin direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, F.Əliyev yeni təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Taksi Xidməti” MMC-nin baş direktoru vəzifəsində çalışıb.

Yeni təyinat çərçivəsində Fuad Əliyevin inzibati idarəetmə və təşkilati proseslərin təkmilləşdirilməsi, idarəetmənin səmərəliliyinin artırılması və qurumun qarşıya qoyduğu strateji hədəflərin həyata keçirilməsinə töhfə verməsi nəzərdə tutulur.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR