Bakıda bir evin qiymətinə İspaniyada bir kənd aldı: içində kilsə, məktəb, 44 ev və... - FOTOLAR

Bakıda bir evin qiymətinə İspaniyada bir kənd aldı: içində kilsə, məktəb, 44 ev və... - FOTOLAR

İQTİSADİYYAT

Bugün, 09:56

Amerikalı sahibkar Ceyson Li Bekvit Bakıda ortabab bir villann qiymətinə İspaniyanın turistlik bölgəsində içərisi tiklilərlə zəngin bütöv bir kəndi satın alıb.

Mia.az xarici mətbuata istinadla bildirir ki, Salto de Kastro kəndini 310.000 avroya (təxminən 610 min manat) Bekvit bu kəndi öz şəxsi yaşayış sahəsi üçün deyil, turizm və yaşayış kompleksinə çevirmək üçün alıb.

Məlumatda deyilir ki, kənddə 44 ev, məktəb, bar və tarixi kilsə var: "Lakin kənd əhalisi buranı 1989-da tərk etdiyindən baxımsızlıqdan tiklilərin təmiri bərbad günə düşüb. İş adamı aparılan layihə qiymətləndirmə nəticində bu qədər tikili, yol,  işıqlandırma və sairlərə cəmi  6 milyon avro xərcləməklə onları modern tikliyə çevirə biləcək".

Məlumatda deyilir ki, möhtəşəm mənzərə və təbiətə sahib olan kənd turizm üçün çox əlverişli möqedədir.

İspaniya Turizm Nazirliyi indidən iş adamına turizm üçün müvafiq icazələri verib.

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR