Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!

Transferlərə təxminən 400 milyon avro xərclədilər, amma... - 4 matçda qol yoxdur!

İDMAN

Bugün, 00:52

Bu mövsüm transferlərə 366 milyon avro xərcləyən İngiltərə Premyer Liqasında çıxış edən "Tottenham"də kabus davam edir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, ötən mövsüm aşağı liqaya yuvarlanmaqdan "qıl payı" qurtulan "Tottenham" yeni mövsümə iddialı transferlərlə girsə də, arzulanan oyun və nəticə yoxdur.

Məlumata əsasən, liqada oynadığı 4 matçdan ikisini uduzaraq, ikisində isə bərabərə qalaraq cəmi 2 xal toplayan komandanın bir qol belə ata bilməməsi isə azarkeşlərin səbrini daşırıb: "Artıq azarkeşlər meydanda istefa deyə bağırırlar. Onlar zəif və qorxaq oyun oynayan komandanın məşqçinin dəyişilməsini tələb edirlər. Klub rəhbərliyi isə bu çağırışlara hələlik sükunətlə yanaşır...".

Qeyd edək ki, "Tottenhem" indiyə qədər oynadığı "Brentford"a 3-0, "Nyukasl"a  2-0 hesabı ilə uduzub, "Nottingham Forest" və "Everton"la isə qolsuz  bərabərə qalıb.

Fərid ASLAN

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR