İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb

İndoneziyada 243 nəfərin olduğu gəmi batıb - 140 nəfər yoxa çıxıb

DÜNYA

Bugün, 00:17

İndoneziyada 243 nəfərin olduğu gəmi batıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 02:00 radələrində Şərqi Yava əyalətində baş verib.

Bildirilib ki, qeyd edilən əyalətin Surabaya şəhərindən Banjarmasinə üzən gəmi ilə az sonra əlaqə itib: "Buna qədərsə gəminin kapitanı əlverişsiz hava şəraiti ilə bağlı sos verib. Dərhal xilasedicilər siqnal verilən bölgəyə doğru yön alıblar. Operativ müdaxilə gəmidə olan 243 nəfərdən 102 nəfər sağ xilas edilib, bir nəfərin isə cəsədi tapılıb. 140 nəfərin taleyindən isə xəbər yoxdur. Axtarış-xilasetmə əməliyyatları davam edir".

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR