Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə

Aktrisa saxlanıldı - Narkotik ittihamı ilə

MƏDƏNİYYƏT

Bugün, 00:06

İstanbulda daha bir tanınmış aktrisa saxlanılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul Baş Prokurorluğu tərəfindən tanımış şəxslərə qarşı narkotik ittihamı ilə açılmış cinayət işi çərçivəsində daha 5 şübhəli haqqında həbs orderləri verilib.

Məlumata görə, bundan sonra İstanbul Jandarma Komandanlığı həmin 5 nəfəri əməliyyatla saxlayıb: "Əməliyyat çərçivəsində barəsində həbs qətimkan tədbiri seçilənlər arasında məşhur aktrisa Çağla Boz da var. O, evində tutulub. Evdə aparlan axtarış zamanı narkotik aparılan axtarış zamanı narkotik tapılmasa da, onun qəbulu üçün elektron tərəzi aşkarlanaraq götürülüb. İstintaq davam edir".

Xatırladaq ki, Çağla Bozun 2026-cı ilin yanvar ayında da narkotik qəbulu ittihamı ilə saxlanılmışdı. O zaman onun evində 11 ədəd "patı" çıxmışdı".

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR