ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi

ABŞ-ın ölkəsindən qaçırdığı Maduronun həyat yoldaşı ev dustaqlığına buraxılacaq? - Vəkillər vəsatət verdi

GÜNDƏM

Bugün, 15:32

Bu ilin yanvar ayının 3-də ABŞ-ın qəfil hərbi əməliyyatıyla yatdığı yerdə ölkəsindən qaçırılan Venesuela prezidenti Nikolas Maduronun həyat yoldaşı Cilia Floresin səhhətində problem yaranıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hazırda ABŞ-da həbsxanada saxlanılan Floresin vəkilləri onun ürəyində yaranan problemi əsas gətirərək,  ev dustaqlığına buraxılmasını  tələb ediblər.

Məlumata əsasən, bu məqsədlə Manhettendəki federal məhkəməyə ərizə təqdim olunub: "Xanım Flores ev dustaqlığı altında məhkəməsini gözləmək haqqına sahibdir. Bu haqq ona verilməlidir"

Vəkillər bildiriblər ki, Flores ev dustaqlığına buraxılarsa, o, silahlı hərbçilər tərəfindən 24 saat qorunacaq, ona yalnız məhkəmə və ya prokurorlar tərəfindən səlahiyyət verilmiş şəxslərlə görüşməyə icazə veriləcək: "Üstəlik, ev video qeyd sistemi ilə izləniləcək. Hələlik məhkəmə tələbimizə cavab verməyib. Ancaq inanırıq ki, saxlanıldığı Bruklin həbsxanasından buraxılacaq"

Samir MUSAYEV

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR