Dünyanın ən səbirli heyvanı: Saatlarla yerindən tərpənmir

Dünyanın ən səbirli heyvanı: Saatlarla yerindən tərpənmir

CƏMİYYƏT

Bugün, 12:22

Təbiətdə bəzi heyvanlar ovlarını sürətlə təqib etmək əvəzinə, səbirlə gözləməyi üstün tutur. Bu baxımdan timsahlar ən maraqlı canlılardan biri hesab olunur. Onlar saatlarla heç tərpənmədən dayanaraq ətrafı izləyir və ov üçün ən uyğun anı gözləyirlər. 

MİA.az xəbər verir ki, alimlərin araşdırmasına görə, timsahların bu davranışı onların ov strategiyasının mühüm hissəsidir. Xüsusilə Nil timsahı suyun kənarında və ya dayaz sularda hərəkətsiz qalaraq ovunun yaxınlaşmasını gözləyir. Bəzən onun yalnız gözləri və burun dəlikləri suyun üzərində görünür. Bu vəziyyətdə uzun müddət qalmaq həm gizlənməyə, həm də enerjiyə qənaət etməyə imkan verir. 

Ən maraqlısı isə timsah hərəkətsiz görünsə də, ətrafda baş verənləri iqqətlə izləməsidir. O, suyun səthindəki hərəkətləri və yaxınlıqdakı canlıları izləyir. Ov kifayət qədər yaxınlaşdıqda isə uzun müddət davam edən sakitlik qəfil hücumla pozulur. Timsah güclü quyruğunun köməyi ilə sürətlə irəliləyərək ovunu çənələri ilə tutur və suya çəkir. 

Məhz buna görə timsahların səbrini sadəcə hərəkətsizlik kimi qiymətləndirmək olmaz. Onların uzun müddət gözləməsi milyonlarla il ərzində formalaşmış, enerjiyə qənaət edən və ov üçün olduqca effektiv strategiyadır.

Hüseyn

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR