Kinematoqrafçılar İttifaqının konfransı - Yeni sədr seçildi (Yenilənib)

Kinematoqrafçılar İttifaqının konfransı  - Yeni sədr seçildi (Yenilənib)

MƏDƏNİYYƏT

Bugün, 12:44

Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

Mia.az xəbər verir ki, qərar ittifaqın bugünkü konfransında səsvermə nəticəsində qəbul edilib.

Qeyd edək ki, ötən gün Xalq artisti Həmidə Ömərovanın sədrliyə namizəd olacağı ilə bağlı məlumat yayılsa da, aktrisa seçki konransında namizədliyini irəli sürməyib.

Beləliklə, Xalq artisti Şəfiqə Məmmədova yeganə namizəd kimi sədr seçilib.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub. O, bu ilin martında vəfat edib.

***

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının konfransı keçirilir.

Mia.az xəbər verir ki, konfransın gündəliyinin əsas bəndi sədr seçkisi ilə bağlıdır.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının keçmiş sədri Xalq artisti Rasim Balayev olub.

Xatırladaq ki, daha əvvəl İdarə Heyətinin üzvü, həmçinin İcraçı katib Əli İsa Cabarov istefa verib. Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə də yekdilliklə qərar qəbul olunub.

Onu da bildirək ki,  AKİ-nin sədr postu uğrunda Xalq artisti Şəfiqə Məmmədova ilə Xalq artisti Həmidə Məmməd qızı Ömərova yarışır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR