ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)

ƏRDOĞAN ELƏ SİYASİ GEDİŞ ELƏDİ Kİ... - Müxalifətin vahid namizədliyinə adı hallanan Yavaşla qapalı görüşdən ilk açıqlamalar (FOTO)

SİYASƏT

Bugün, 00:01

Türkiyə siyasətində gözlənilməz hadisə baş verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən üzvü olduğu CHP-nin yaranmasının 104-cü ildönümünə, hətta Atatürkün məzarı ziyarətinə qatılmayan Ankara Böyükşəhər Bələdiyyəsinin sədri, müxalifətin prezidentliyə vahid namizədliyinə adı hallanan Mənsur Yavaşı Prezident Rəcəb Tayyib Ərdoğanın qəbuluna gedib.

Məlumata əsasən, Ərdoğan Ankara Böyükşəhər Bələdiyyəsinin sədrini Prezident İqamətgahında qəbul edib.

Qəbulda jurnalistlərə yalnız foto çəkilməsinə şərait yaradılıb.

Bundan sonra görüş mətbuata qapalı davam edib.

Qapalı keçirilən gözlənilməz görüş və müzakirə olunan məsələlər barədə rəsmi açıqlama verilməyib. Lakin Türkiyə mətbuatı yazır ki, görüşdə Yavaşın AKP-yə transferindən tutmuş, müxalifətdəki xaotik vəziyyətə qədər çox məsələr müzakirə olunub.

Mansur Yavaş bu barədə sualdan yayınıb. O, yalnız Ərdoğana onu qəbul etdiyi üçün təşəkkür edib: "Cənab Prezident Rəcəb Tayyib Ərdoğan məni Beştəpədə qəbul etdi. Görüşdə Prezidentə davam edən və planlaşdırılan layihələrimiz, əsasən də Ankaranın nəqliyyat infrastrukturuna əhəmiyyətli dərəcədə töhfə verəcək metro investisiyaları barədə məlumat verdik. Şəhərimizə qoyulan investisiyalara verdiyi dəstəyə və töhfələrə, eləcə də NATO Zirvə Toplantısını Ankarada keçirmək istəyinə görə cənab Prezidentə minnətdarlığımızı bildirdik.  Prezidentə xoş qarşılamasına və Ankaraya göstərdiyi diqqətə görə təşəkkür edirəm."

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR