İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
GÜNDƏM
Bugün, 15:02
Azərbaycan Prezidenti İlham Əliyev Xalq artisti Aleksandr Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Mia.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan teatr sənətinin tanınmış nümayəndəsi, Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının baş rejissoru, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Xalq artisti Aleksandr Yakovleviç Şarovski 2026-cı il sentyabrın 9-da ömrünün 79-cu ilində vəfat etmişdir.
Aleksandr Şarovski 1948-ci il fevralın 10-da Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili və ədəbiyyatı fakültəsində ali təhsil almışdır.
Əmək fəaliyyətinə hələ tələbə ikən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlayan Aleksandr Şarovski ömrünü teatr sənətinə həsr edərək, 1976-cı ildən etibarən yarım əsrlik bir dövr ərzində Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında aktyor, rejissor assistenti və quruluşçu rejissor, 1993-cü ildən isə baş rejissor vəzifələrində çalışmışdır.
Azərbaycan səhnə sənətinin əldə etdiyi nailiyyətlərdə Aleksandr Şarovskinin teatrın klassik ənənələrindən və müasir inkişaf təmayüllərindən məharətlə faydalanmış sənətkar kimi böyük xidmətləri vardır. O, teatr səhnəsində özünün təbiiliyi ilə seçilən obrazlar canlandırmışdır. Rejissor kimi zəngin yaradıcılıq axtarışları sayəsində onun Azərbaycan və dünya dramaturji irsinin dəyərli nümunələrinə quruluş verdiyi çox sayda tamaşa parlaq səhnə həlli ilə seçilmiş və teatr mühitində rəğbətlə qarşılanmışdır. Bu tamaşalar ölkəmizin hüdudlarından kənarda da mötəbər teatrlarda uğurla nümayiş etdirilmiş və Azərbaycan mədəniyyətinin təbliği işinə töhfə vermişdir.
Aleksandr Şarovski eyni zamanda geniş ictimai fəaliyyəti ilə tanınırdı. O, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü və Avropa yəhudilərinin Bakı dini icmasının rəhbəri olaraq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması və ölkəmizdə multikultural dəyərlərin qorunub saxlanılması üçün var qüvvəsini əsirgəməmişdir.
Aleksandr Şarovskinin Azərbaycan mədəniyyətinin inkişafında xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. O, "Əməkdar artist" (1987) və "Xalq artisti" (1998) fəxri adlarını almış, Azərbaycan Respublikasının ali mükafatlarından olan "Şöhrət" (2008), "Şərəf" (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" (2023) ilə təltif edilmişdir.
Tanınmış sənətkar və ictimai xadim, səmimi insan Aleksandr Yakovleviç Şarovskinin əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaqdır.
Qəbri nurla dolsun!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Ramin Məmmədov
Polad Bülbüloğlu
Anar Rzayev
Hacı İsmayılov
Şəfiqə Məmmədova
Lyudmila Duxovnaya"
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Dustaqlara futbola baxmaq qadağan olundu
Bugün, 16:17 DÜNYA
-
Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef oğurlandı - Saxlanılan var - Foto
Bugün, 16:13 PRESS
-
TÜRKİYƏNİN 3 NAZİRİNİN MÖBİL TELEFONUNA SIZMA CƏHDİ OLUB
Bugün, 16:01 İDMAN
-
"Samsunspor"da ayrılıq olub
Bugün, 15:42 İDMAN
-
Təhsil fədakarı... - Səxavət Tağlar Nailə Məmmədovanı təbrik edib
Bugün, 15:34 MƏDƏNİYYƏT
-
QHT işi: Qalib Bayramova hökm oxundu
Bugün, 15:24 SİYASƏT
-
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə düşdü - FOTO
Bugün, 15:15 GÜNDƏM
-
“Əmanətə Sədaqət” layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib - VİDEO, FOTOLAR
Bugün, 15:08 CƏMİYYƏT
-
İlham Əliyev Xalq artisti vəfatı ilə bağlı nekroloq imzaladı - MƏTN
Bugün, 15:02 GÜNDƏM
-
Suriyada silah anbarı partladılıb - Yaralılar var
Bugün, 14:47 DÜNYA
-
Leyla Əliyeva, Arzu Əliyeva və diplomatlar Madriddə sərgidə - FOTOLAR
Bugün, 14:36 GÜNDƏM
-
"Kurtlar Vadisi Pusu" ilə tanınan 54 yaşlı aktrisa bu dəfə geyimiylə gündəm oldu
Bugün, 14:17 ŞOU-BİZNES
-
Türkiyə Qara dənizdə yenidən neft axtaracaq
Bugün, 14:09 İQTİSADİYYAT
-
Kollecdə korrupsiya faktları üzə çıxdı: 4 nəfərə cinayət işi açıldı
Bugün, 13:33 CƏMİYYƏT
-
Ceyhun Bayramov: "Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir"
Bugün, 13:18 SİYASƏT
-
Okan Buruk "Sportinq"lə oyuna ümidlidir: "Əlimizdən gələni edəcəyik"
Bugün, 13:10 İDMAN
-
“ROX Energy Global” ilə külək və günəş enerjisi layihələri müzakirə edilib
Bugün, 12:59 İQTİSADİYYAT
-
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verir - FOTOLAR
Bugün, 12:55 İQTİSADİYYAT
-
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bugün, 12:41 CƏMİYYƏT
-
Trampdan 12 dövlətin bəyanatına reaksiya: "Böyük Britaniyanın liderlyi ilə İsrailə qarşı yeni sanksiyalar..."
Bugün, 12:34 DÜNYA
-
Prezident İlham Əliyev Emoməli Rəhmona məktub ünvanlayıb - MƏTN
Bugün, 12:28 GÜNDƏM
-
Sabah Bakıda yağış yağacaq
Bugün, 12:14 CƏMİYYƏT
-
ALMANİYADA FAŞİST TƏFƏKKÜRLÜ PARTİYA ÖNƏ ÇIXIR - Almanlar ayağa qalxdı, "dünyanın gözü bizdədir" deyir
Bugün, 12:06 DÜNYA
-
İsraillə Britaniya arasında gərginlik böyüyür - İngilis diplomatlara 7 gün vaxt verildi
Bugün, 11:56 DÜNYA
-
Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb
Bugün, 11:29 KRİMİNAL
-
Pomidor "tomat"ı beyin funksiyanıza necə təsir edir? - ARAŞDIRMA
Bugün, 11:21 İQTİSADİYYAT
-
BAKIDA İKİ HƏKİMƏ CİNAYƏT İŞİ AÇILIB - Onlar nədə ittiham olunur?
Bugün, 11:14 KRİMİNAL
-
Modelyer Leyla Əhmədova haqqında şok məlumatlar yayıldı: dələduzluq, özgə əmlakına zərərvurma, həbs və... - Şok ittihamlar (VİDEO, Yenilənib)
Bugün, 10:57 KRİMİNAL
-
Yeni Partiyaya qatılan 6 deputat geri dönür?
Bugün, 10:49 SİYASƏT
-
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçiriləcək
Bugün, 10:41 İQTİSADİYYAT
-
15 il əvvəl öldürülən kəşfiyyatçı... - Məzarı açılacaq
Bugün, 10:21 DÜNYA
-
Tarixin ən böyük kriptovalyuta soyğunu: 245 milyon dollar oğurluq, bir gecədə xərclənən 500 min dollar və...
Bugün, 10:16 İQTİSADİYYAT
-
"Şəki Yaylası"da dəhşətli hadisədə ölən şəxs "DOST"un əməkdaşı imiş - "Yeni ailə qurmuşdu"
Bugün, 10:07 CƏMİYYƏT