Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb

Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb

KRİMİNAL

Bugün, 11:29

Qızılağac Milli Parkında qanunsuz ov edənlər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Mia.az-a bildirilib ki, parkın ərazisində qanunsuz ov edən dörd nəfər - E.Eynalov, R.Eynalov, E.Əzizov və İ.Eynalovdan 4 ədəd müvafiq sənədləri olmayan ov silahı və qanunsuz ovlanmış 72 ədəd adı "Qırmızı Kitaba" düşən müxtəlif növ çöl quşu aşkarlanıb.

Bundan başqa Milli Parkın su hövzəsində qanunsuz balıq ovu ilə məşğul olan İ. Əhmədov da saxlanılıb. Baxış zamanı ondan müxtəlif növ balıqlar və qadağan olunmuş ov alətləri aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR