"Şəki Yaylası"da dəhşətli hadisədə ölən şəxs "DOST"un əməkdaşı imiş - "Yeni ailə qurmuşdu"

\"Şəki Yaylası\"da dəhşətli hadisədə ölən şəxs \"DOST\"un əməkdaşı imiş - \"Yeni ailə qurmuşdu\"

CƏMİYYƏT

Bugün, 10:07

Dünən Şəkinin Baş Kəldək kəndi ərazisində "Şəki Yaylası" istirahət mərkəzində kanatın trosunun qırılması nəticəsində dünyasını dəyişənlərdən biri Ucal Bayramov "DOST" Agentliyində işləyirmiş.

Mia.az xəbər verir ki, o, həm də yeni ailə qurubmuş.

Bu barədə təhsil eksperti Məzahir Məmmədli açıqlama verib.

O bildirib ki, Ucal Bayramov tələbə yoldaşı Asif Bayramovun oğludur: "Ucal Bayramov Şəkidə iki nəfərin ölümü ilə nəticələnən hadisədə faciəli şəkildə həlak olub. Ucal oğlumun tələbə yoldaşı idi. Yenicə ailə qurmuşdi. Böyük arzuları, xəyalları var idi. Çox ağır xəbərdir. Allah rəhmət eləsin. Məkanı cənnət olsun".

Xatırladaq ki, sözügedən istirahət mərkəzi  Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsus olması barədə ilk xəbəri mia.az saytı yazıb.

Samir MUSAYEV

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR