QƏBUL İMTAHANI QAYDASI DƏYİŞİR? - Məleykə Abbaszadə yayılan iddialara cavab verdi
CƏMİYYƏT
08.09.2026, 13:58
"2027-ci il üzrə imtahan proqramlarının məzmununda ciddi dəyişiklik nəzərdə tutulmur".
Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə yayılan iddialara cavabda deyib.
Onun sözlərinə görə, hazırda ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış, eləcə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramları hazırlanır:
“Proqramlar yaxın günlərdə Dövlət İmtahan Mərkəzinin saytında yerləşdiriləcək. Proqramlar hazırlanarkən DİM-də fəaliyyət göstərən müvafiq fənlər üzrə elmi-metodik seminarlarda orta və ali təhsil müəssisələrinin müəllim və mütəxəssislərinin iştirakı ilə geniş müzakirələr aparılıb. Bu prosesdə, ilk növbədə, cari tədris ilində ümumtəhsil müəssisələrində istifadə olunan 5–11-ci sinif dərslikləri təhlil edilib.
9 və 11-ci siniflərdə təhsil alan şagirdlərin əvvəlki illərdə istifadə etdikləri dərsliklərlə hazırda müvafiq siniflərdə istifadə olunan dərsliklər müqayisə olunub. Fənn kurikulumlarının təlim nəticələri və məzmun standartlarının tələblərinə uyğun mövzular müəyyənləşdirilərək proqramlar formalaşdırılıb. Nəticə etibarilə, proqramların məzmununda ciddi dəyişiklik yoxdur, yalnız redaktə xarakterli düzəlişlər aparılıb. Burada yeni dərsliklərlə bağlı bir məqamı xüsusilə izah etmək istəyirəm. Artıq bir neçə ildir ki, ümumtəhsil müəssisələrində müəyyən fənlər üzrə yeni kurikulumlar əsasında hazırlanmış dərsliklər mərhələli şəkildə istifadəyə verilir.
Cari tədris ilində Azərbaycan dili fənnindən 7-c, kimya, biologiya və fizika fənlərindən 7, 8 və 9-cu, coğrafiyadan 6, 7 və 8-ci, tarixdən isə 6 və 7-ci siniflər üçün yeni dərsliklər istifadə olunacaq.
Bu dərsliklər əvvəlki nəşrlərdən həm məzmun, həm də terminologiya baxımından əhəmiyyətli dərəcədə fərqlənir. Yeni nəşrlərə maliyyə və media savadlılığı, rəqəmsal bacarıqlar, kibertəhlükəsizlik kimi aktual mövzular daxil edilib. Eyni zamanda, şagirdlərin yalnız nəzəri biliklərinin deyil, problem həll etmə, tədqiqat aparma, tənqidi və yaradıcı düşünmə bacarıqlarının inkişafına daha çox diqqət yetirilib. Ancaq vacib məqam budur: hazırda 11-ci sinifdə təhsil alan şagirdlər bu yeni dərsliklər üzrə təhsil almayıblar. Buna görə də həmin dərsliklərin yeni nəşrlərindəki materiallar 2027-ci ilin imtahan proqramlarına daxil edilməyib.
2027-ci ildə ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında 2026-cı ildə tətbiq olunan model qüvvədə qalacaq. Tam orta (11 illik) təhsil səviyyəsi üzrə buraxılış imtahanında isə əvvəlcədən məlumat verildiyi kimi, yalnız xarici dil fənni üzrə dəyişiklik olacaq. Xarici dil fənni üzrə yazı bacarıqlarının yoxlanılması və qiymətləndirilməsi məqsədilə yeni tapşırıq formasından istifadə ediləcək. Şagirdlər verilmiş sual və ya fikir əsasında fakt və mülahizələr irəli sürərək öz düşüncələrini ifadə edən kiçikhəcmli mətn yazacaqlar. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının modelində isə dəyişiklik yoxdur. 2026-cı ildə tətbiq olunan imtahan modeli 2027-ci ildə də qüvvədə qalacaq".
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Tokayevə məktub ünvanlayıb
Bugün, 11:07 GÜNDƏM
-
Laçın və Qubadlıya sulu qar, Kəlbəcər və Ordubad qar yağıb
Bugün, 11:05 CƏMİYYƏT
-
Deputatın oğlunun adının hallandığı qətl işi... - "Ceyhun Sabunçu" kimdir?
Bugün, 10:27 KRİMİNAL
-
Heydər Əliyev Sarayında "Turandot" tamaşasının premyerası keçirilib - FOTOLAR
Bugün, 10:00 MƏDƏNİYYƏT
-
Tovuzda iki nəfər bıçaqlanıb, biri ölüb
Bugün, 00:04 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:02 MƏDƏNİYYƏT
-
YAP-da gözlənilməz görüş - Tahir Budaqov Türkiyənin Zəfər Partiyası sədrinin müşaviri ilə nələri müzakirə etdi?
24.10.2026, 23:43 SİYASƏT
-
Prezident və ailə üzvləri "FIFA U-15 World Cup and Festivalı"nın rəsmi açılışında - FOTOLAR (Yenilənib)
24.10.2026, 22:34 GÜNDƏM
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub - FOTO
24.10.2026, 21:35 GÜNDƏM
-
Xətaidə kütləvi dava: “Ceyhun Sabunçu” ölüb, 9 nəfər tutulub, deputatın oğlu və... - DTX-dən əməliyyat + VİDEO, FOTOLAR (YENİLƏNİB)
24.10.2026, 19:36 KRİMİNAL
-
Gəncədə 60 yaşlı qadın bıçaqlandı
24.10.2026, 18:02 KRİMİNAL
-
Kirayə mənzil mexanizmində yeni qaydalar: Əlçatanlıq artır, yoxsa maliyyə intizamı sərtləşir?
24.10.2026, 17:22 İQTİSADİYYAT
-
Dilarə Əliyeva ARB rəhbərinin müşaviri təyin olundu
24.10.2026, 17:13 PRESS
-
Bolqarıstan Olimpiya Komitəsinin vitse-prezidentinin başına güllə çaxıldı - Saxlanılanların arasında iki türk də var
24.10.2026, 16:32 KRİMİNAL
-
Leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
24.10.2026, 15:03 GÜNDƏM
-
Xəzər dənizinin sahilində 173 ölü nərə balığı aşkarlandı - Nə baş verir?
24.10.2026, 12:30 GÜNDƏM
-
Binalar qazlaşdırılmadan elektrikləşməyə keçir? - VİDEO
24.10.2026, 11:27 CƏMİYYƏT
-
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
24.10.2026, 11:19 CƏMİYYƏT
-
Azərbaycan neftinin qiyməti rekorda doğru gedir - Daha 4.6 dollar bahalaşdı
24.10.2026, 10:19 İQTİSADİYYAT
-
XİN: "Birləşmiş Millətlər Günü mübarək!"
24.10.2026, 10:01 SİYASƏT
-
Zaqatalada silsilə oğurluq... - Həbs olunan var
24.10.2026, 09:23 KRİMİNAL
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
24.10.2026, 00:06 CƏMİYYƏT
-
“Azərduz”un içindən qum dənələri və xırda daşlar çıxıb - FOTO
23.10.2026, 23:22 İQTİSADİYYAT
-
TRAMPIN XANIMI DA SİYASƏTƏ ATILDI - Ukraynadakı bir bölgə üçün atəşkəs mesajı verildi
23.10.2026, 22:47 GÜNDƏM
-
Baxçalı Azərbaycan səfiri ilə bir arada: "Türkiyə ilə Azərbaycanın bir-birinə olan etimadı qorumaq..."
23.10.2026, 20:30 SİYASƏT
-
"Türkiye Sığorta" şirkətinin istefa verən direktoru yenidən saxlanılıb
23.10.2026, 20:03 KRİMİNAL
-
Gəncədə beşaylıq körpə ölüb
23.10.2026, 19:55 CƏMİYYƏT
-
Hacıqabulda müşavirə - Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunub + FOTOLAR
23.10.2026, 19:47 CƏMİYYƏT
-
Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi vurulub - XİN açıqlama yaydı
23.10.2026, 19:01 GÜNDƏM
-
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
23.10.2026, 19:01 YAZARLAR
-
Moskvada 4 hava limanında uçuşlar dayandırıldı - Dron hücumu var
23.10.2026, 18:53 GÜNDƏM
-
İordaniyada kilsəyə hücum: 9 əfər öldürülüb - FOTOLAR
23.10.2026, 18:47 DÜNYA
-
MHP lideri: "Türkiyə ilə Azərbaycan arasında etimadın qorunması vacibdir"
23.10.2026, 18:34 SİYASƏT
-
Dövlət Baxçalı qurultaya gedir
23.10.2026, 18:28 SİYASƏT