8 ayda 1448 nəfər işdən azad olunub? - "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?

8 ayda 1448 nəfər işdən azad olunub? - \"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir? 

GÜNDƏM

Bugün, 13:23

AZCON Holdinq şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) 2026-cı ilin ilk yarısında işçilərin sayı kəskin azalıb.

Məlumata görə, 2025-ci ilin sonunda şirkətdə 7 482 nəfər çalışdığı halda, 2026-cı ilin iyunun sonuna bu göstərici 6 034 nəfərə enib.

Beləliklə, altı ay ərzində ASCO-da işçilərin sayı 1 448 nəfər və ya 19,4% azalıb. Başqa sözlə, şirkət əməkdaşlarının təxminən hər beş nəfərindən biri işçi heyətindən çıxıb.

İxtisarların ilin ikinci rübündə də davam etdiyi görünür. Belə ki, 2026-cı ilin I rübünün sonunda ASCO-da 6 315 nəfər çalışıb. Aprel-iyun aylarında işçilərin sayı daha 281 nəfər və ya 4,5% azalıb. 

Maraqlıdır ki, işçi sayının təxminən beşdəbir azalmasına baxmayaraq əməkhaqqı xərclərində eyni miqyasda azalma baş verməyib. 2025-ci ilin ilk yarısında əməkhaqqı xərcləri maya dəyəri və inzibati xərclər üzrə birlikdə təxminən 81,3 mln manat, 2026-cı ilin ilk yarısında isə təxminən 80,5 mln manat təşkil edib. Yəni işçi sayı illik 21,8% azaldığı halda əməkhaqqı xərcləri cəmi təxminən 1% azalıb.

Qeyd edək ki, ASCO-nun İdarə heyətinin sədri Əfqan Cəlilovdur. O, bu ilin yanvar ayında sözügedən vəzifəyə təyin edilib./Plat.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR