Məşhur jurnalist ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi

Məşhur jurnalist  ev dustaqlığına buraxıldı - 40 il müddətinə həbsi istənilirdi

PRESS

Bugün, 17:51

İstanbulda "Narkotik tədarükü" ittiohamı ilə həbs olunan və prokurorun 25 ildən 40 ilədək cəza tələb etdiyi "Habertürk"ün keçmiş baş redaktoru Veyis Ateş bu gün məhkəmə qərarıyla azadlığa buraxılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün  hakim qarşısına çıxarılan Veyis Ateş məhkəmə zalından ev dustaqlığına çıxarılıb.

Məhkəmə onunla bağlı son qərarını 27 oktyabrda keçiriləcək iclasda açıqlayacaq.

Xatırladaq ki, o, jurnalist və aparıcılar Şevkiye Dilara Yıldız, Serap Çaylan, Mehmet Akif Ersoy və Ebru Gülanı narkotik təmin etməkdə ittiham olunurdu: "Lakin onun özünün saç və qan analizlərində kokain və metamfetamin metabolitləri aşkar olunmayıb".

Məhkəmədə ifadə verən Veyis Ateş deyib ki, istintaqda onun əleyhinə ifadə verən Mehmet Akif Ersoy həbsxanada onunla bir dəfə görüşüb: "O, məndə yalan ifadəyə görə üzr istədi...".

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR