Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp "Həll yoluna daha yaxınıq" deyir

Rusiya-Ukrayna müharibəsi bitir? - Tramp \"Həll yoluna daha yaxınıq\" deyir

GÜNDƏM

Bugün, 13:41

"Rusiya-Ukrayna müharibəsi bitmək üzrədir. Münaqişənin həll yoluna indiyədək olduğundan daha yaxınıq."

Mia.az xarici mətbuata istinadla bildirir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Ağ Evdə juranlistlərlə görüşdə deyib.

Trampın sözlərinə görə, Rusiya və Ukrayna arasında razılıq əldə olunması məqsədiylə Vladimir Putinlə danışıqları davam etdirir Tramp Moskvanın Kiyevdən daha çox razılaşma əldə etməyə hazır olduğu mesajını verib.

O, daha sonra İranla müharibədən danışıb və deyib ki, Rusiya və Çinin İranla müharibədə iştirak etməməsindən olduqca məmnundur: "Xüsusən  Rusiyanın potensialı çox olsa da, prosesə müdaxilə etmədi"

Rusiyada həbsdən azad edilən amerikalı müəllim Stiven Habbardın azadlığa buraxılması ilə bağlı da sualıə cavablandıran Tramp bildirb ki, onunla bağlı Putinlə telefon danışıb: "Putin mənə bu məsələ ilə maraqlanacağını dedi və sözünü tutdu. Biz onun azadlığa buraxılması müqabilində Rusiyaya heç nə vermədik, bu çox nadir haldır".

Xatırladaq ki, Amerika vətəndaşı Stiven Ceyms Habbard 2022-ci ildə Rusiyanın Ukraynaya hücumlarından sonra Ukraynada saxlanılıb və "Ukrayna Silahlı Qüvvələrində muzdlu əsgər kimi işləməkdə" ittiham olunub.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR