Deputatdan YAP-ın gözlənilən qurultayı haqda açıqlama: "...mühüm siyasi hadisə olacaq"

Deputatdan YAP-ın gözlənilən qurultayı haqda açıqlama: \"...mühüm siyasi hadisə olacaq\"

SİYASƏT

Bugün, 15:47

"Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı partiyanın qarşıdakı mərhələdə fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə olacaq".

Mia.az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, deputat Azər Badamov deyib.

Onun sözlərinə görə, növbəti qurultayın keçirilməsi ilk növbədə partiyanın Nizamnaməsinin tələbidir və toplantıda ötən dövrün fəaliyyətinə yekun vurulacaq. “Qurultay YAP-ın gələcək fəaliyyəti üçün yeni hədəfləri və prioritetləri müəyyən edəcək. İdarə Heyətinin əsas vəzifələrindən biri qarşıya qoyulacaq vəzifələrin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək olacaq”, - Azər Badamov deyib.

Qeyd edək ki, oktyabrda keçiriləcəyi gözlənilən YAP-ın VIII qurultayını diqqətçəkən edən əsas məsələlərdən biri partiyanın rəhbər orqanlarının yenidən formalaşdırılmasıdır. Nizamnaməyə görə, məhz qurultay partiyanın İdarə Heyətinin, Təftiş Komissiyasının və Veteranlar Şurasının say tərkibini müəyyənləşdirir.

Musavat.com-un YAP-dakı mənbələrdən əldə etdiyi xəbərə görə, artıq partiyanın rayon təşkilatlarında qurultay qabağı konfransları keçirilir, qurultay nümayəndələri seçilir. Hakim partiyanın qurultayının bir sıra yeniliklərə gedilməsi və önəmli qərarlar qəbul edilməsi ilə yadda qalan bir qurultay olacağı deyilir. Qurultayı maraqlı edən qərarlardan birinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiq Mehdiyevlə bağlı qərar ola bilər.

Belə ki, dövlətə xəyanətdə ittiham olunaraq barəsində ev dustaqlığı çıxarılan Ramiz Mehdiyevin partiya üzvlüyündən xaric olunacağı gözlənilir. O, YAP-da hələ də Veteranlar Şurasının üzvüdür. YAP-ın Mərkəzi Aparatında da mühüm dəyişikliklər və yeniliklər ediləcəyi qeyd olunur. Artıq mediada YAP Mərkəzi Aparatının hazırkı rəhbəri Tahir Budaqovun yerinə yeni şəxsin gətiriləcəyi haqda xəbər yayılıb. Çünki T.Budaqov hazırda Nəsimi rayon icra başçısıdır.

İddialara görə, Mərkəzi Aparata YAP-ın gənc üzvlərindən birinin rəhbəri gətirilməsi də nəzərdən keçirilir. Ümumiyyətlə, partiyanın Mərkəzi Aparatında və yerli təşkilatlarında gənclərin daha çox önə çəkiləcəyi yayılan xəbərlər sırasındadır.

YAP-ın rayon təşkilatlarının bir hissəsinin sədrlərinin də gənc partiyaçılarla əvəzlənəcəyi bildirilir. Məlumatlarda deyilir ki, vaxtilə Ramiz Mehdiyevin dəstəyi ilə hakim partiyanın rayon təşkilatlarının sədri vəzifəsinə sahiblənən şəxslərlə vidalaşma qərarı verilib....

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR