QHT sədri məhkəmə zalından şərti azadlığa buraxıldı

QHT sədri məhkəmə zalından şərti azadlığa buraxıldı

SİYASƏT

Bugün, 14:37

"QHT işi" üzrə ittiham olunan Əhməd Məmmədzadəyə 2 il sınaq müddəti olmaqla 7 il 6 ay müddətinə şərti cəza verilib.

Məlumata görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə elan olunub.

Hökmə əsasən, onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib və təqsirləndirilən şəxs məhkəmə zalında şərti azadlığa buraxılıb/Report.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində qanun pozuntuları araşdırılıb.

Əhməd Məmmədzadə də bu iş çərçivəsində saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) 313-cü ( Vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Qeyd edək ki, onun barəsində barəsində həbs qətimkan tədbiri seçilmişdi.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR