Evində meyiti aşkarlanan məşhur aktyor "Teşkilat" serialına dəvətli imiş

Evində meyiti aşkarlanan məşhur aktyor \"Teşkilat\" serialına dəvətli imiş

MƏDƏNİYYƏT

Bugün, 11:53

Evində meyiti aşkarlanan Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıçla bağlı sevgilisi Özlem Esmergülün istintaqa ifadəsi yayılıb.

Mia.az türkiyə mətbuatına istinadla bildirir ki, o, ifadəsində aktyorun ölümündən əvvəl səhhətindəki problemin şiddətləndiyini deyib.

Özlem bildirib ki, aktyor hətta bu səbəbdən TRT1-də yayımlanan "Teşkilat" serialının çəkilişinə qatılmayıb: 

"Sentaybrın 3-də saat 11-də "Teşkilat"ın ilk çəkilişinə getməliydi.  Saat 11:45 radələrində Serhatın həmin çəkilişə getmədiyini bilən kimi əlaqə saxladım. Dedi ki, özünü yaxşı hiss etmir, çoxlu dərman qəbul edib. Sonra yenidən ona zəng etdikdə isə cavab ala bilmədim. Həmin gün saat 16:00 radələrində isə özü mənə zəng etdi, boğuq səslə dedi ki, çəkilişə getmədiyi üçün serialdan çıxarılıb. O, buna görə daha çox pis oldu. Daha sonra üstünə getmədim, düşündüm ki, tək qalması özünü toparlamasına kömək edər. Lakin  sentyabrın 5-i nə qədər zəng etsəm, cavab olmadı, telefn qapalı idi. Narahat olduğum üçün  evinə getdim. Ehtiyat açarı məndə olduğu üçün mənzilə daxil oldum. Onu salonda yerləşən kresloda oturmuş vəziyyətdə gördüm. Dərisinin soyuq olmasından və heç bir reaksiya verməməsindən vəziyyətin normal olmadığını anladım. Əvvəlcə bacısı Sinem Kılıça zəng etdim, sonra  təcili yardımı məlumatlandırdım..."

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR