DEM Partiyasının adı bir daha dəyişir: "Yeni bir hərəkat quracağıq"

DEM Partiyasının adı bir daha dəyişir: \"Yeni bir hərəkat quracağıq\"

SİYASƏT

Bugün, 00:14

Türkiyədə əsasın kürd siyasətiçilərin partiyası sayılan DEM Partiyasının adı yenə dəyişir.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə partiyanın sentyabrın 6-da Ankarada keçirilən 5-ci Qurultayında Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının Vandan deputatı olan  Pervin Buldan açıqlama verib.

Onun sözlərinə görə, DEM Partiyası bu niyyətlə bir neçə aydan sonra növbəti erkən qurultaya gedəcək: "Yeni quruculuq dövrünə qədəm qoyuruq. Türkiyə xalqı ilə birlikdə bu quruculuq dövründə sülhü daimi etmək üçün mübarizə aparacağıq. Bu məqsədlə bir neçə aydan sonra daha bir qurultay keçirəcəyik. Açıq deyim ki, bu erkən qurultayda Demokratik Respublika Hərəkatı olaraq yeni bir hərəkatı elan edəcəyik".

Yeri gəlmişkən, DEM partiya buna qədər HDP adıyla fəaliyyət göstərib.

F.Səfərli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR