Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
SİYASƏT
Bugün, 18:01
Bu gün Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Şahin Mustafayev və İranın yollar və şəhərsalma naziri, İran-Azərbaycan Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının sədri Fərzanə Sadıq arasında telefon danışığı olub.
Mia.az xəbər verir ki, tərəflər ikitərəfli münasibətlərin son vəziyyətini, tranzit əməkdaşlığının genişləndirilməsi planlarını, sərhəd layihələrini, həmçinin neft-qaz sektorlarında əməkdaşlığı müzakirə ediblər.
İranlı nazir qaz, elektrik enerjisi və nəqliyyat sahələrində keçirilən birgə müzakirələrə toxunaraq müzakirə olunan məsələləri və onların nəticələrini araşdırmaq və izləmək üçün birgə komitənin operativ şəkildə yaradılmasının zəruriliyini vurğulayıb.
O, həmçinin ABŞ və İsraillə müharibə zamanı İranın nəqliyyat infrastrukturuna dəyən ziyana diqqət çəkərək bildirib ki, zədələnmiş nəqliyyat marşrutlarının yenidən fəaliyyətə qaytarılması istiqamətində işlər davam etdirilib, eyni zamanda davam edən layihələrin icrası fasiləsiz şəkildə həyata keçirilib.
Azərbaycanın Baş nazirinin müavini isə öz növbəsində dəmir yolu layihələrində əldə olunan irəliləyişə toxunaraq bildirib ki, Azərbaycan ərazisində dəmir yolunun tikintisi Ağbənd ərazisinə qədər çatıb. Şahın Mustafayev vurğulayıb ki, İran ərazisindəki hissə tamamlanarsa, bu marşrut nəqliyyat imkanlarının artırılmasında mühüm rol oynayacaq.
O, regional nəqliyyat imkanlarının artırılması məqsədilə dəmir yolu layihəsinin İran ərazisindən keçən hissəsinin tamamlanmasının vacibliyini vurğulayıb.
Tərəflər həmçinin regionda baş verən son hadisələri nəzərdən keçirib və strateji və iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, "Araz dəhlizi" layihəsi İran ərazisi vasitəsilə Azərbaycanın Şərqi Zəngəzur İqtisadi Rayonu ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək. Araz çayının üzərindən keçən və "Araz dəhlizi" adlanan Kəlalə-Ağbənd layihəsi - Kəlalə-Ağbənd-Cəbrayıl-Füzuli-Ağdam-Yevlax-Gəncə-Tbilisi-Batumi marşrutu Fars Körfəzini Qara dənizlə əlaqələndirəcək/APA
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL
-
Arvadını döyən partiya sədrinin müavini istefa verdi - FOTOLAR
04.09.2026, 16:04 SİYASƏT