ABŞ-dan İrana ard-arda sərt xəbərdarlıq: "Neft tankerlərinizi batıracağıq" - Bölgədə müharibə yeni mərhələyə keçir

ABŞ-dan İrana ard-arda sərt xəbərdarlıq: \"Neft tankerlərinizi batıracağıq\" - Bölgədə müharibə yeni mərhələyə keçir

GÜNDƏM

Bugün, 00:11

ABŞ ordusu İranın bölgədəki iki Amerika hərbi gəmisinə hücumuna dərhal cavab verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyanat yayıb.

Bəyanatda bildirilib kİ, İran İnqilab Keşikçiləri Korpusunun regional sularda patrul xidməti göstərən ABŞ Hərbi Dəniz Qüvvələrinin iki hərbi gəmisinə ballistik raketlərlə zərbə endirib: "Bu hücuma cavab olaraq, bölgədəki qüvvələrimiz İranın xam neft daşıyan 3 tankerini məhv edib".

Bəyanatda tankerlərdən ikisinin Qarq adası yaxınlığında, birinin isə Oman körfəzində vurulduğu açıqlanıb.

CENTCOM komandanı admiral Bred Kuper Tehran rejiminə xəbərdarlıqda bildirib ki, qarşı tərəf Amerika ünsürlərinə hücumu dayandırmalıdır: "Əks halda İranın məhdud və həssas neft tanker donanmasını məhv etməkdən çəkinməyəcəyik. İran İnqilab Keşikçiləri bu mesajımıza diqqətli yanaşmalıdır: əgər atəş açsanız, daha ağır bədəl ödəyəcəksiniz!"

ABŞ müdafiə naziri Pit Heqset də İranın geridə qalan neft tankerlərini hədəf alacaqlarının anopnsunu verib: "İrana sadə xəbərdarlığımız var: əgər ABŞ gəmilərinə atəş açsa, biz sizin neft tankerlərini batıracağıq. Onların etməli olduğu tək şey ABŞ Hərbi Dəniz Qüvvələrinə atəş açmamaqdır".

İran İnqilab Keşikçiləri Korpusu isə bu xəbərdarlıqdan saatlar sonra Hörmüz boğazındaABŞ hərbi pilotsuz təyyarəsini vurub.

Bu barədə bəyanat yayan İran İnqilab Keşikçiləri Korpusundan bildirilib ki, Hörmüz boğazı İranın nəzarəti altındadır: "ABŞ-ın istənilən hərəkətinə qətiyyətli cavab veriləcək. Amerika da bunu unutmasın!".

E.ARAZ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR