ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?

ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?

GÜNDƏM

Bugün, 18:05

Dövlət Su ehtiyatları Agentliyinin Abşeron Suvarma Sistemləri İdarəsində ötən ay başlayan yoxlama bir neçə gün əvvəl yekunlaşıb.

Bu barədə Mia.az-a verilən məlumata görə, Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Rafiq Aslanovun sədri oduğu Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan yoxlama heyəti çox ciddi nöqsanlar aşkarlayıb.

Məlumata əsasən, yoxlama zamanı kod35, yəni, kod alınsa da, ünvanı bəlli olmayan böyük sayda saxta sayğac oyunları da üzə çıxıb: "Yoxlama heyətinə vaxtilə Abşeron su idarəsində çalışmış  Elnur Əliyevin rəhbərlik etməsi isə nöqsanların daha dəqiq üzə çıxmasında mühüm rol oynayıb. İndi əsas məsələ budur: Zaur Mikayılov bu idarənin rəisi Etibar Nəbiyev haqda hansı qərarı verəcək?".

İddiaya görə, yoxlama heyəti materialları artıq rəhbərliyə təqdim edib: "Yəqin ki, xidmət tərəfindən yoxlamanın gedişinə uyğun materiallar Agentlik sədri Zaur Mikayılova təqdim olunacaq. Şübhəsiz ki, bundan sonra Abşeron Suvarma Sistemləri  idarəsinin rəhbəri Etibar Nəbiyevin gələcəyini müəyyən edən qərar veriləcək".

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR