Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı
İQTİSADİYYAT
Bugün, 09:44
Ali Məhkəmədə yanğın təhlükəsizliyi qaydalarını pozmada təqsirləndirilən Kamran Bəylərovun barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti üzrə məhkəmə iclası başa çatıb.
Mia.az Pravda.az-a istinadla bildirir ki, sonuncu keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
Qeyd edək ki, “Təmiz Qaz” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində çalışmış Kamran Bəylərov barəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
İş materiallarına görə, Kamran Bəylərov 2019-cu ildən “Təmiz Qaz” QSC-nin Gəncə Regional Mərkəzində xətt baxıcısı vəzifəsində işləyib. Vəzifəsinə əsasən, onun üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi və qaz xətlərinin təhlükəsiz istismarının təmin olunması ilə bağlı vəzifələr qoyulub.
İttihama görə, Kamran Bəylərov “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQN 01-2001) 1.2-ci, “Qaz təsərrüfatında təhlükəsizlik qaydaları”nın 9.30-cu bəndlərinin, habelə “Təmiz Qaz” QSC-nin xətt baxıcısının vəzifə təlimatının 2-ci və 4-cü bəndlərinin tələblərini pozub.
Belə ki, 2021-ci ildə Gəncədə şəhərinin Nəvai küçəsindəki fərdi yaşayış evlərindən birində qaz sızması olması barədə məlumat daxil olduqdan sonra həmin ünvana gedən Kamran Bəylərovun evdən 1,7 metr məsafədən yeraltı keçən qaz xəttinə texniki baxışı lazımi səviyyədə həyata keçirmədiyi qeyd olunub. Söhbət “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsinin balansında və istismarında olan, diametri 63 millimetr təşkil edən yeraltı polietilen qaz xəttindən gedib.
Xətt baxışı zamanı boruda mövcud olan qaz sızması aşkar edilməyib. Bundan başqa, qaz xəttindən hər iki istiqamətdə 15 metr məsafədə yerləşən digər kommunikasiyaların – kanalizasiya, istilik trassası, su kəməri, telefon və digər xətlərin quyularında, eləcə də binaların zirzəmilərində qazın olub-olmaması yoxlanılmayıb.
İttiham tərəfinin mövqeyinə görə, qəza halının aradan qaldırılması üçün də lazımi və düzgün məlumat verilməyib.
İş materiallarında qeyd olunub ki, qaz xəttində yaranmış sızma nəticəsində təbii qaz borudan sızaraq kanalizasiya xətti vasitəsilə zərərçəkmiş Sahibə Verdiyeva məxsus fərdi yaşayış evinə dolub. Nəticədə evin daxilində partlayış təhlükəli qaz-hava qarışığı yaranıb. Saat 01 radələrində zərərçəkmiş mətbəxdə quraşdırılmış dörd gözlü qaz plitəsini alışqanla yandırmaq istəyərkən yaranan qığılcım qaz-hava qarışığının alışmasına səbəb olub.
Partlayış nəticəsində Sahibə Verdiyevanın bədəninin demək olar ki, bütün səthini əhatə edən ağır termiki xəsarətlər alıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Daha sonra qadın müalicə aldığı Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsində ağır yanıq şokundan vəfat edib.
Partlayış zamanı həmin evdə yaşayan zərərçəkmiş şəxsin oğlu da ağır xəsarətlər alıb. Onun sifətinin, başının tüklü hissəsinin, boynunun, hər iki əlinin və hər iki aşağı ətrafının müxtəlif dərəcəli termiki yanıqları müəyyən edilib.
Partlayış nəticəsində təkcə insanların sağlamlığına zərər dəyməyib, həm də fərdi yaşayış evi və oradakı əşyalar ciddi şəkildə zərər görüb. Əmlak və tikinti üzrə ümumilikdə 170 085 manat məbləğində maddi ziyan dəyib.
Hadisədən sonra Kamran Bəylərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Gəncə Şəhər Məhkəməsi onu Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilib. Kamran Bəylərova qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan 2 il müddətinə məhrum edilməklə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. Əsas cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilib.
Məhkəmə həmçinin Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən, əlavə cəza kimi təyin edilmiş qaz təchizatı sahəsində vəzifə tutmaq və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrumetmə cəzasının müddətinin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməsini və həmin müddətin əsas cəzanın çəkilib başa çatdığı gündən hesablanmasını qərara alıb.
Hökmdən Kamran Bəylərov və onun müdafiəçisi ayrı-ayrılıqda apellyasiya şikayətləri veriblər. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətlərini təmin edib, birinci instansiya məhkəməsinin hökmünü ləğv edib. Apellyasiya məhkəməsi Kamran Bəylərovu ona verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə bəraət qazandırıb və Azərbaycan Respublikasının adından təqsirsiz elan edib.
Apellyasiya məhkəməsinin hökmündə cinayəti törətmiş şəxsin müəyyən edilmədiyi də qeyd olunub.
Məhkəmə, həmçinin iş üzrə maddi sübut kimi tanınmış, zərərçəkmiş şəxs2-yə məxsus fərdi yaşayış evindən 1,7 metr məsafədən yeraltı keçən diametri 63 millimetr olan polietilen qaz borusunun kəsilərək götürülmüş 83 santimetr uzunluğundakı hissəsinin iş materiallarına əlavə edilməsini qərara alıb.
Gəncə Apellyasiya Məhkəməsinin hökmü ilə razılaşmayan dövlət ittihamçısı kassasiya protesti verib. Prokuror kassasiya protestində apellyasiya məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
“Bakı-2040” Baş Planı pozuldu: Parkın yerində bina tikilir + FOTOLAR
Bugün, 11:18 CƏMİYYƏT
-
Xalq artistinin vəziyyəti ağır-stabil olaraq qalır
Bugün, 11:06 CƏMİYYƏT
-
"Səfərbərlik tələb edən heç bir ssenari yoxdur" - Putindən açıqlama
Bugün, 10:55 GÜNDƏM
-
Putindən Ukraynaya mühüm mesaj: "Beləliklə, həll yolu üçün bir şans varmı?"
Bugün, 10:39 GÜNDƏM
-
Tramp 47 il sonra tarixi təkrarladı - O, Ağ Evdə Hasid yəhudi dini liderlərini qəbul etdi, aralarında...
Bugün, 10:28 SİYASƏT
-
Xırdalanda obyekt yanıb
Bugün, 10:18 CƏMİYYƏT
-
Azərbaycan nefti 105 dollara satılır
Bugün, 09:57 İQTİSADİYYAT
-
Məhkəmə “Təmiz Qaz” QSC-nin əməkdaşı ilə bağlı qərar çıxardı
Bugün, 09:44 İQTİSADİYYAT
-
İsrail ordusunun Livana hücumu davam edir
Bugün, 09:37 DÜNYA
-
ABŞ-da "Trampın portreti" olan 1 dollarlıq sikkə dövriyyəyə buraxıldı - FOTO
Bugün, 09:24 İQTİSADİYYAT
-
Prezident İlham Əliyev Corcia Melonini təbrik edib: "Bu tarixi nailiyyət onun güclü liderliyini..."
Bugün, 09:22 GÜNDƏM
-
1-ci liqa: Qusar komandası qalib gəlib
Bugün, 09:07 İDMAN
-
İran Hörmüz boğazında 56 gəmini "qara siyahı"ya saldı: "Gələcəkdə..."
Bugün, 09:01 İQTİSADİYYAT
-
İstanbulda İŞİD-çi öldürüldü - Terrora hazırlaşırmış...
Bugün, 00:58 İDMAN
-
"Kurtlar Vadisi"ndəki "Tombalacı Mehmet"in malikanəsi satışa çıxarıldı - Qiymət + FOTO
Bugün, 00:49 MƏDƏNİYYƏT
-
Nigeriyada neft oğurlamaq istəyən 43 nəfər zəhərlənərək ölüblər - Xeyli insan itkin düşüb (Yenilənib)
Bugün, 00:38 DÜNYA
-
"Qalatasaray"da gərginliik - Leroy Sane "üsyan"a qalxdı
Bugün, 00:11 İDMAN
-
MEDİA bəyanat yaydı
03.09.2026, 23:12 PRESS
-
Sabunçuda 2 nəfər neft kəmərindən oğurluğa cəhd edib
03.09.2026, 20:46 KRİMİNAL
-
Sahibə Qafarova Cenevrədə diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşüb
03.09.2026, 19:31 SİYASƏT
-
Dövlət orqanlarından “şablon cavab” alan vətəndaş nə etməlidir?
03.09.2026, 18:12 CƏMİYYƏT
-
BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
03.09.2026, 18:05 GÜNDƏM
-
“AzerGold” QSC-də iki nəfər yeni vəzifəyə təyin edildi, bir nəfər isə... - FOTO
03.09.2026, 17:51 İQTİSADİYYAT
-
Gənclər niyə evlənmir? - Səbəb sevgi deyil, bunlardır
03.09.2026, 17:48 MƏDƏNİYYƏT
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib (Yenilənib)
03.09.2026, 17:39 GÜNDƏM
-
Rusiya-Almaniya arasında gərginlik: "Qərb Rusiya ilə razılığa gəlmək əvəzinə, öz şərtlərini tətbiq etmək istəyir"
03.09.2026, 17:27 SİYASƏT
-
Liviyanın paytaxtındakı neft anbarı dronla vurulub
03.09.2026, 17:20 DÜNYA
-
Böyük Britaniya Rusiya diplomatını Xarici İşlər Nazirliyinə çağırdı - Moskvaya nota verildi
03.09.2026, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
03.09.2026, 17:00 İQTİSADİYYAT
-
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
03.09.2026, 16:53 İQTİSADİYYAT
-
Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı
03.09.2026, 16:46 GÜNDƏM
-
AFFA bəzi klubları cəzalandırıb
03.09.2026, 16:18 İDMAN
-
70 aptekdə yoxlama aparılıb
03.09.2026, 16:14 İQTİSADİYYAT
-
Sosial Xidmətlər Agentliyində yeni departamentlər yaradıldı - Təyinatlar
03.09.2026, 15:50 GÜNDƏM