1-ci liqa: Qusar komandası qalib gəlib

1-ci liqa: Qusar komandası qalib gəlib

İDMAN

Bugün, 09:07

Futbol üzrə Azərbaycan 1-ci liqasının 2026-27-ci illər üzrə mövsümünə bu gün start verilib.

Mia.az xəbər verir ki, mövsümün ilk oyunu Binə kənd stadionunda keçirilib.

MOİK (Mərkəzi Ordu İdman klubu) Qusar rayon təmsilçisi "Şahdağ-Qusar"ı qəbul edib.

Oyun 1-ci hissədə qonaqların üstünlüyü ilə keçib. 1-ci liqada mövsümün ilk qolunu 14-cü dəqiqədə "Şahdağ-Qusar"ın 10 nömrəli oyunçusu Joze Zenqo vuraraq komandasını önə çıxarıb. Sonrakı dəqiqələrdə hərbçilər hesabı bərabərləşdirməyə çalışsa da, rayon klubu ilə bacara bilməyib. 

Beləliklə, 1-ci liqanın ilk oyunu 0-1 hesabıyla başa çatıb.

Zülfiyyə Mustafayeva

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR