"Kurtlar Vadisi"ndəki "Tombalacı Mehmet"in malikanəsi satışa çıxarıldı - Qiymət + FOTO

\"Kurtlar Vadisi\"ndəki \"Tombalacı Mehmet\"in malikanəsi satışa çıxarıldı - Qiymət + FOTO

MƏDƏNİYYƏT

Bugün, 00:49

Türkiyə televiziya seriallarından ən məşhuru olan "Kurtlar Vadisi"ndəki "Tombalacı Mehmet"in malikanəsi kimi istifadə olunann İstanbuldakı lüks villa satışa çıxarılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, villaya fantastik qiymət qoyulub.

Xəbərə görə, lüks villa üçün 384 milyon TL (8 milyon dollar) qiymət kəsilib.

Yeri gəlmişkən, o villa daha sonra "Poyraz Karayel" serialında "Bəhri Baba"nın evi kimi istifadə edilib.

Məlumata görə, villaya hələ alıcı çıxmayıb.

Hüseyn Namazov

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR