Nigeriyada neft oğurlamaq istəyən 43 nəfər zəhərlənərək ölüblər - Xeyli insan itkin düşüb (Yenilənib)

Nigeriyada neft oğurlamaq istəyən 43 nəfər zəhərlənərək ölüblər - Xeyli insan itkin düşüb (Yenilənib)

DÜNYA

04.09.2026, 00:38

Nigeriyada unikal hadisə yaşanıb.

Mia.az xarici mətbuata istinadla xəbər veirr ki, ölkənin neftlə zəngin Rivers ştatında neft oğurlamağa cəhd edən  şəxslər kütləvi zəhərlənməyə məruz qalıb.

Məlumatına görə, hadisə Okrika çaylar ştatının yerli hökumət ərazisindəki Okari körpüsündə baş verib: "Çoxlu sayda insan neft boru kəmərinə qoşularkən zəhərli qaz sızması baş verib, nəticədə bəzi insanlar huşunu itirərk çaya düşüb və yoxa çıxıblar. Beləliklə, zəhərlənən ən azı 37 nəfər ölüb, huşunu itirərək çaya yıxılan xeyli insanın axtarışı isə davam edir. Şübhəsiz ki, ölüm sayı artacaq".

Məlumatda deyilir ki, zəhərlənmə diaqnozu ilə 20-dən çox insan xəstəxanaya aparılıblar.

***

Son məlumata əsasən, ölənlərin sayı 43 nəfərə yüksəlib.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR