İran Hörmüz boğazında 56 gəmini "qara siyahı"ya saldı: "Gələcəkdə..." 

İran Hörmüz boğazında 56 gəmini \"qara siyahı\"ya saldı: \"Gələcəkdə...\" 

İQTİSADİYYAT

04.09.2026, 09:01

"Hörmüz boğazından İrandan icazə almadan keçən və ya buna cəhd edən, bizim tətbiq etdiyimiz qaydalara əməl etməyən daha 11 gəmi "qara siyahı"ya salınıb. həmin gəmilər  gələcəkdə boğazdan keçərkən, mütləq cərim və ya həbs cəzalarına məruz qalacaq".

Mia.az Türkiyə mətbuatına istinada xəbər verir ki, bu sözlər İranın Hörmüz boğazından keçidləri idarə etmək üçün yaratdığı "Fars Körfəzi Boğazı İdarəetməsi"  veb saytında yayılan bəyanatda deyilir.

Bəyanata əlavə olunub ki, bununla da qaydalara əməl etməyən və bun görə "qara siyahı"ya daxil olunan gəmilərin sayı 56-ya yüksəlib.

Məlumat üçün qeyd edək ki, siyahıda daha çox BƏƏ, Səudiyyə Ərəbistanıya məxsus neft tankerləri ilə yanaşı, Çinə bağlı iki gəminin adı da var.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR