Sahibə Qafarova Cenevrədə diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşüb

Sahibə Qafarova Cenevrədə  diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşüb

SİYASƏT

03.09.2026, 19:31

"Beynəlxalq və regional parlament təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi təcrübə mübadiləsinə, ortaq problemlərə birgə həllərin tapılmasına və müxtəlif regionların prioritetlərinin qlobal gündəmdə daha dolğun əks olunmasına imkan yaradır".

Mia.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə deyib.

S. Qafarova çıxışı zamanı Milli Məclisin beynəlxalq fəaliyyəti, müxtəlif regional və beynəlxalq parlament təşkilatlarında iştirakından danışaraq, bu çərçivədə 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyətindən söz açıb.

O qeyd edib ki, Azərbaycanın bu təşkilata sədrliyi dövründə onun fəaliyyəti əhəmiyyətli dərəcədə inkişaf edib, institusional strukturları formalaşdırılıb və regional, eləcə də beynəlxalq parlament təşkilatlar ilə əlaqələri genişləndirilib.

Bildirilib ki, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin keçirdiyi tədbirlər 70-dən çox ölkədən parlament rəhbərləri və deputatlar da daxil olmaqla, mindən artıq iştirakçını bir araya gətirib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR