Dövlət orqanlarından “şablon cavab” alan vətəndaş nə etməlidir?
CƏMİYYƏT
Bugün, 18:12
Dövlət orqanının vəzifəsi vətəndaşa sadəcə məktub göndərmək deyil. Müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməlidir.
Dövlət qurumuna müraciət edirsiniz. Problemi mümkün qədər aydın yazır, faktları göstərir, əlinizdə olan sənədləri əlavə edirsiniz. Bir müddət sonra cavab gəlir. Məktub rəsmi blankdadır, qeydiyyat nömrəsi var, qanunlara istinad edilir, qurumun səlahiyyətlərindən danışılır. İlk baxışdan hər şey qaydasındadır.
Amma məktubu sona qədər oxuyanda məlum olur ki, müraciətdə qaldırdığınız əsas məsələ yenə açıq qalıb. Vətəndaş müraciətlərinə baxılması praktikasında rast gəlinən problemlərdən biri budur, cavab var, amma suala cavab yoxdur.
Dövlət orqanının vəzifəsi vətəndaşa sadəcə məktub göndərmək deyil. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 12-ci maddəsi müraciətlərə müəyyən edilmiş qaydada və müddətdə baxılmasını və cavab verilməsini nəzərdə tutur. Eyni zamanda müraciətə obyektiv, hərtərəfli və vaxtında baxılması təmin edilməlidir.
Bu, çox vacibdir, cavab məktubu göndərilməsi o, demək deyil ki, məsələ həllini tapıb və yaxud düzgün araşdırma aparılıb.
Tutaq ki, çoxmənzilli binanın sakini həyətin bir hissəsinin hasarlanaraq zəbt edildiyini bildirir. O, ünvanı göstərir, fotoşəkilləri əlavə edir, həmin ərazidən kimin istifadə etdiyini də yazır. Sakinə verilən cavabda isə torpaq münasibətlərini tənzimləyən qanunvericiliyin ümumi müddəaları sadalanır.
Bunların hamısı hüquqi baxımdan doğru ola bilər. Amma vətəndaşın qaldırdığı məsələ başqadır, həmin torpaq həqiqətən zəbt olunubmu? Əraziyə baxış keçirilibmi? Hasarı çəkən şəxsin torpaqdan istifadə hüququ varmı? Yoxdursa, hansı tədbir görülüb?
Bu suallar cavabsızdırsa, qanun maddələrinin sadalanması müraciətin mahiyyəti üzrə araşdırıldığını göstərmir.
“Şablon cavab”ı necə tanımaq olar?
Qanunvericilikdə “şablon cavab” ayrıca hüquqi anlayış kimi müəyyən edilməyib. Bu ifadə praktikada müraciətin fərdi xüsusiyyətləri və qaldırılan konkret məsələlər lazımi şəkildə nəzərə alınmadan verilən ümumi xarakterli cavabları ifadə etmək üçün işlədilir. Cavabın şablon olub- olmadığını onun uzunluğu və ya orada neçə qanun maddəsinin göstərilməsi müəyyən etmir. Əksinə, hüquqi məsələyə cavab verən dövlət qurumunun müvafiq qanunvericiliyə istinad etməsi zəruridir. Cavabdan görünməlidir ki, vətəndaşın konkret tələbi başa düşülüb, göstərdiyi mühüm faktlar yoxlanılıb, təqdim etdiyi sənədlərə münasibət bildirilib, araşdırmanın nəticəsi göstərilib, qəbul edilmiş mövqenin faktiki və hüquqi səbəbləri izah olunub. Sadə bir sınaq da aparmaq mümkündür. Məktubdan vətəndaşın adını, ünvanını və müraciətin tarixini çıxardıqdan sonra həmin cavabı ciddi dəyişiklik etmədən eyni mövzuda müraciət edən başqa şəxslərə də göndərmək mümkündürsə, müraciətin fərdi qaydada nə dərəcədə araşdırıldığı barədə əsaslı sual yaranır.
Bir göstərici də, cavabı oxuyandan sonra vətəndaşın “niyə?” sualı cavabsız qalırmı? Tutaq ki, müəyyən sosial ödəniş üçün müraciət edən şəxsə “qanunvericiliyin tələblərinə uyğun olmadığınız üçün müraciətiniz təmin edilmir” yazılıb. Bu, nəticəni bildirir, səbəbi isə açıqlamır.
“İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsi də yazılı inzibati aktın əsaslandırılmasını tələb edir. Əsaslandırmada işin faktiki və hüquqi halları, həmin halları təsdiq və ya rədd edən sübutlar, eləcə də istinad edilən qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Burada hüquqi baxımdan vacib bir fərq var, qanuna istinad etmək əsaslandırmanın zəruri elementidir, amma yalnız qanundan sitat gətirmək hələ əsaslandırma deyil.
Formal cavab aldıqda nə etmək lazımdır?
Eyni ərizəni heç bir dəyişiklik etmədən təkrar göndərmək çox vaxt nəticə vermir. Əvvəlcə ilkin müraciətlə alınmış cavabı yanaşı qoymaq faydalıdır. Müraciətdə neçə konkret məsələ qaldırılmışdı? Onların hansına cavab verilib? Hansı sual cavabsız qalıb? Təqdim olunan sənədlərdən hansına münasibət bildirilməyib? Araşdırmanın nəticəsi göstərilibmi?
Sonra bunları yeni müraciətdə konkret qeyd etmək olar. Məsələn belə, “15 iyul tarixli müraciətimdə üç məsələ qaldırmışam. 5 avqust tarixli cavabda yalnız birinci məsələyə münasibət bildirilib. İkinci və üçüncü məsələlər cavablandırılmayıb, müraciətə əlavə etdiyim sənədlərin araşdırılmasının nəticəsi göstərilməyib. Xahiş edirəm, həmin məsələlər mahiyyəti üzrə araşdırılaraq cavablandırılsın.”
Bu halda vətəndaş sadəcə “cavab məni qane etmədi” demir. O, cavabın konkret qüsurunu göstərir.
Nəticə əldə edilmirsə, məsələnin hüquqi xarakterindən asılı olaraq yuxarı inzibati orqana və ya vəzifəli şəxsə şikayət verilə bilər. İlkin müraciətin, mühüm əlavələrin və alınmış cavabın surətlərinin şikayətə əlavə edilməsi məqsədəuyğundur.
Əgər söhbət inzibati aktdan gedirsə, “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan inzibati şikayət mexanizmi ayrıca əhəmiyyət daşıyır. Qanunda başqa müddət müəyyən edilməyibsə, inzibati aktdan inzibati şikayət üçün ümumi müddət 30 gündür.
Bu müddətə diqqət yetirmək vacibdir. Eyni dövlət qurumu ilə aylarla nəticəsiz yazışmaq müəyyən hallarda vətəndaşın hüquqi müdafiə imkanlarını çətinləşdirə bilər. Konkret iş üzrə inzibati və məhkəmə şikayəti üçün nəzərdə tutulan müddətlərin ötürülməməsi nəzərə alınmalıdır.
Hər “şablon cavab” İnzibati Məhkəməyə aparırmı?
Formal cavab alan hər bir vətəndaşa avtomatik olaraq “İnzibati Məhkəməyə müraciət edin” demək düzgün olmaz. Əgər inzibati orqan şəxsin hüquqlarına təsir edən inzibati akt qəbul edibsə, tələb olunan inzibati aktı qəbul etməkdən imtina edibsə və ya qanunla üzərinə düşən qərarı qəbul etməyərək hərəkətsiz qalıbsa, məhkəmə müdafiəsi məsələsi yarana bilər.
İnzibati Prosessual Məcəllə belə hallarda müxtəlif hüquqi müdafiə vasitələri və iddia növləri nəzərdə tutur. Məcəllənin 38-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia, bir qayda olaraq, inzibati aktın təqdim və ya elan olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Tələb olunan inzibati aktın qəbulundan imtina və ya inzibati orqanın hərəkətsizliyi hallarında isə konkret vəziyyətə uyğun prosessual qaydalar nəzərə alınmalıdır.
Başqa sözlə, hər formal cavab üçün eyni hüquqi yol yoxdur. Əvvəlcə cavabın və dövlət orqanının davranışının hüquqi xarakteri müəyyən edilməlidir.
Yaxşı cavabın mütləq uzun olması tələb edilmir. Vətəndaş məktubu oxuyandan sonra nə araşdırıldığını, nə müəyyən edildiyini, nəticənin hansı faktlara və hüquqi əsaslara söykəndiyini və onunla razılaşmadıqda hansı hüquqi vasitədən istifadə edə biləcəyini başa düşməlidir.
Bu məqalə ““Konstitusiya” Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaş müraciətlərinə baxılmasının monitorinqi: şəffaflıq, cavabdehlik və innovasiyalar” layihəsi çərçivəsində hazırlanıb.
Xanoğlan Əhmədov
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Dövlət orqanlarından “şablon cavab” alan vətəndaş nə etməlidir?
Bugün, 18:12 CƏMİYYƏT
-
BİR DEPUTAT ELMİ RƏHBƏR, DİGƏRİ RƏSMİ OPPENENT... - AAK sədrinin qızı fəlsəfə doktoru elmi dərəcəsi alır
Bugün, 18:05 GÜNDƏM
-
“AzerGold” QSC-də iki nəfər yeni vəzifəyə təyin edildi, bir nəfər isə... - FOTO
Bugün, 17:51 İQTİSADİYYAT
-
Gənclər niyə evlənmir? - Səbəb sevgi deyil, bunlardır
Bugün, 17:48 MƏDƏNİYYƏT
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib (Yenilənib)
Bugün, 17:39 GÜNDƏM
-
Rusiya-Almaniya arasında gərginlik: "Qərb Rusiya ilə razılığa gəlmək əvəzinə, öz şərtlərini tətbiq etmək istəyir"
Bugün, 17:27 SİYASƏT
-
Liviyanın paytaxtındakı neft anbarı dronla vurulub
Bugün, 17:20 DÜNYA
-
Böyük Britaniya Rusiya diplomatını Xarici İşlər Nazirliyinə çağırdı - Moskvaya nota verildi
Bugün, 17:08 DÜNYA
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Bugün, 16:53 İQTİSADİYYAT
-
Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı
Bugün, 16:46 GÜNDƏM
-
AFFA bəzi klubları cəzalandırıb
Bugün, 16:18 İDMAN
-
70 aptekdə yoxlama aparılıb
Bugün, 16:14 İQTİSADİYYAT
-
Sosial Xidmətlər Agentliyində yeni departamentlər yaradıldı - Təyinatlar
Bugün, 15:50 GÜNDƏM
-
ƏƏSMN sistemində daha bir dəyişklik - Sədrin köməkçisi yeni vəzifəyə təyin edildi
Bugün, 15:29 GÜNDƏM
-
"Fənərbağça"dan səssiz ayrılan Taliska klub rəsmiləri ilə vidalaşmadı
Bugün, 15:20 İDMAN
-
Ukrayna ordusu Soçini bombaladı: çimərlikdəki insanlar qorxuyla qaçdı - FOTOLAR
Bugün, 15:11 GÜNDƏM
-
Ceyhun Bayramov ATƏT rəsmisi ilə görüşüb - XİN-dən açıqlama
Bugün, 15:06 SİYASƏT
-
Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma... - TƏHLİL
Bugün, 15:04 SİYASƏT
-
"Formula 1"ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Bugün, 14:45 İDMAN
-
Şuşaya səfər edən turistlər şəhərdəki qaya daşlarının üzərini yazıblar
Bugün, 14:24 MƏDƏNİYYƏT
-
Kiyevdə hərbi qurumlar arasında gərginlik: kəşfiyyatçılar küçədə bir-birinə silah çəkdi - Zelenski faktı "utancverici" saydı, göstəriş verdi
Bugün, 14:07 GÜNDƏM
-
Dilarənin qızı ilə Frankfurt sərgüzəştləri... - FOTOLAR
Bugün, 13:59 ŞOU-BİZNES
-
Dövlət Məşğulluq Agentliyi ofis icarəyə götürüb
Bugün, 13:37 İQTİSADİYYAT
-
“Azərpoçt”un departament direktoru vəzifəsindən ayrıldı
Bugün, 13:13 CƏMİYYƏT
-
Paşinyan: "Rusiya hərbi bazası Ermənistanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşımır"
Bugün, 13:08 GÜNDƏM
-
Milli Müdafiə Nazirliyi: "Suriyaya dəstəyimiz davam edəcək"
Bugün, 12:54 DÜNYA
-
YAP-ın gecikən növbəti qurultayı: nə vaxt olacaq?
Bugün, 12:29 SİYASƏT
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:16 CƏMİYYƏT
-
Sabiq Baş nazirə cinayət işi açıldı - Ərdoğanı təhqir etməkdə ittiham olunur
Bugün, 12:14 SİYASƏT
-
"İşgüzar Kredit İttifaqı"nın lisenziyası ləğv olunub
Bugün, 11:57 İQTİSADİYYAT
-
Misli Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb
Bugün, 11:45 İDMAN
-
Azırbaycan və Litva XİN başçıları müzakirə apardı - Telefonda
Bugün, 11:37 SİYASƏT
-
İlham Əliyev ATƏT Parlament Assambleyasının prezidentini qəbul edib - Nələr müzakirə olunub?
Bugün, 11:19 GÜNDƏM