Liviyanın paytaxtındakı neft anbarı dronla vurulub

Liviyanın paytaxtındakı neft anbarı dronla vurulub

DÜNYA

Bugün, 17:20

Bu gün Liviyanın paytaxtı Tripolidə neft çənlərinin olduğu əraziyə dron hücumu olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Liviya Milli Neft Korporasiyasınin tabeliyində olan Brega Oil Marketing Company şirkəti məlumat yayıb.

Bildirilib ki, Tripolidəki hava limanı yolundakı neft çənləri hücumda böyük zərər görüb: "İtki yoxdur. Dron hücumu nəticəsində bəzi neft boru kəmərləri, o cümlədən 220 və 213 nömrəli neft çənləri zədələnib. Tədbirlər görülür. Durum daxili bazara təsir etməyəcək".

Məlumatda hücumu hansı qüvvənin törətdiyi açıqlanmayıb.

Tahir Şəlvəli

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR