Böyük Britaniya Rusiya diplomatını Xarici İşlər Nazirliyinə çağırdı - Moskvaya nota verildi

Böyük Britaniya Rusiya diplomatını Xarici İşlər Nazirliyinə çağırdı - Moskvaya nota verildi

DÜNYA

Bugün, 17:08

Böyük Britaniya Rusiyaya nota verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Britaniya XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb Almaniyanın Leypsiq-Halle hava limanında Rusiya kəşfiyyatına bağlı olduğu iddia olunan partlayıcı qurğu quraşdırılmış dronla hücum cəhdi olub: "Bu məsələ ilə bağlı  Rusiyanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb, ona etiraz notası təqdim olunub. Böyük Britaniya Rusiyanın Leypsiq hava limanına dəhşətli və ehtiyatsız hücumuni lənətləyir və Almaniya ilə tam həmrəyliyini təkrarlayır".

Bəyanatda daha sonra NATO müttəfiqlərinə və Ukraynaya dəstəyin sarsılmaz olduğu vurğulanıb: "Rusiyanın birliyimizi pozmağa yönəlmiş hücumları faydasızdır. Bu, Rusiya dövlətinin ortaq təhlükəsizliyimizi açıq şəkildə hədəf alan son hücumudur".

E.ARAZ

mia.az 

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR