Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı

Ali məktəblərin boş qalan plan yerləri: qəbulun nəticələri açıqlandı

GÜNDƏM

Bugün, 16:46

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub.

Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 18086 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan (1760 yer) plan yerlərinə 390 nəfər (o cümlədən 167 nəfər subbakalavr), tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 16244 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 87.92% dolub. 2231 (12.08%) yer boş qalıb.

Orta ixtisas təhsili müəssisələrinə 11 illik təhsil bazasında tələbə qəbulunun nəticələri:

Qəbul

planı

Qəbul olunub

Qəbulolma faizi

Vakant yerlərin

sayı (faizi)

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr

üzrə cəmi

Xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisaslar

17543

14873

616

15489

88.29

2054 (11.71)

Xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslar

932

700

55

755

81.01

177 (18.99)

Cəmi

18475

15573

671

16244

87.92

2231 (12.08)

Sentyabrın 4-də günün ikinci yarısı ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 8-ci sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent" jurnalının 9-cu sayında elektron formatda (pdf) təqdim olunacaq.

Qəbul olunanların qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunanların qeydiyyatı 8 sentyabr saat 11:00-dan 15 sentyabr saat 18:00-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı isə 9 sentyabr saat 15:00-dan 17 sentyabr saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali və ya orta ixtisas müəssisəsinə göndərilməyəcək.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR