Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma... - TƏHLİL

Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma... - TƏHLİL

SİYASƏT

Bugün, 15:04

ABŞ-ın Şimali Karolina ştatının Eşvil şəhərində 1-2 sentyabr tarixlərində G20 maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin toplantı keçirildi. Görüşün diqqət çəkən tərəfi Çinin Hörmüz boğazından “azad, təhlükəsiz və proqnozlaşdırılan” keçid tələb edən mətnə qoşulmamsı oldu. Digər G20 üzvləri bu müddəanı dəstəkləsə də, Pekinin etirazı səbəbindən yekun birgə bəyanat üzrə konsensus əldə olunmayıb.

Əslində, Pekinin əsas məqsədi İranı nəyin bahasına olursa-olsun müdafiə etmək deyil.Ümumiyyətlə, Çin heç Hörmüzün bağlanmasında maraqlı da deyil. Əksinə, dünyanın ən böyük enerji idxalçılarından biri kimi, Pekin boğazın açıq və təhlükəsiz qalmasını istəyir. İranın Hörmüz üzərindən enerji axınını təhlükəyə atması Çinin öz iqtisadi maraqlarına da zərər verə bilər.
Çin məsələyə daha geniş rakrusdan baxır. Belə ki, İran Çin üçün həm tərəfdaş, həm də strateji vasitədir. Hər şeydən öncə İranın zəifləməsi Yaxın Şərqdə Vaşinqtonun mövqelərini gücləndirə, Pekinin enerji və geosiyasi maraqlarını daha həssas vəziyyətə sala bilər. Buna görə Çin Tehranın tamamilə təcrid olunmasını istəmir. Nərticə olaraq İrana ABŞ-İsrail birliyi ilə gərginlik çərçivəsində pərdəarxası hərbi və beynəlxaq araenada siyasi diplomatik dəstək verir.
Pekin Hörmüz boğazının açıq qalmasını dəstəkləyir, amma bunun üçün yaradılan siyasi və hüquqi çərçivənin ABŞ-ın təkbaşına müəyyən etdiyi model əsasında olmasını istəmir.
Məsələnin bir də Tayvan detalı var. Çünki bu gün Hörmüzlə bağlı verilən qərar sabah Tayvan məsələsində də təkrarlana bilər. Reallıq ondan ibarətdir ki, İran böhranının bir gün bitməsi, Hörmüzün yenidən açıq və sabit vəziyyətə qayıtması mümkündür. Amma ABŞ-ın strateji boğazlarda hərbi iştirakını legitimləşdirən beynəlxalq yanaşma formalaşarsa, bu, Çinin qarşısında uzun illər qala biləcək geosiyasi reallığa çevrilə bilər.
Sadə formada desəm, Vaşinqton deyə bilər ki, beynəlxalq ticarət və naviqasiya üçün həyati əhəmiyyət daşıyan Tayvan boğazı açıq qalmalıdır və buna görə də ABŞ hərbi qüvvələrinin orada iştirakı legitimdir. Pekin məhz belə bir presedentin yaranmasını istəmir.
Göründüyü kimi, Pekin, əslində bir növ gələcəyə investisiya edir. Bu gün İranın yanında dayanmaqla yanaşı, sabah Tayvan məsələsində öz əleyhinə işləyə biləcək presedentin yaranmasının qarşısını almağa çalışır.
Turan Rzayev
MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR