Kiyevdə hərbi qurumlar arasında gərginlik: kəşfiyyatçılar küçədə bir-birinə silah çəkdi - Zelenski faktı "utancverici" saydı, göstəriş verdi

Kiyevdə hərbi qurumlar arasında gərginlik: kəşfiyyatçılar küçədə bir-birinə silah çəkdi - Zelenski faktı \"utancverici\" saydı, göstəriş verdi

GÜNDƏM

Bugün, 14:07

Ukraynanın paytaxtı Kiyevdə ölkənin iki əsas təhlükəsizlik və kəşfiyyat orqanının əməkdaşları atışıblar.

Mia.az xarici mətbuata istinadla bildirir ki, hadisə 2 sentyabrda Kiyevin Dneprovski rayonunda baş verib.

Bildirilib ki, Ukrayna Təhlükəsizlik Xidmətinin əməliyyatçıları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin yüksək vəzifəli bir şəxsinin Rusiya ilə bağlantısı şübhəsiylə saxlayıb: "Bu zaman Müdafiə Nazirliyinin  kəşfiyyatçıları həbsə mane olublar və gərginlik davaya çevrilib. Hadisə şəhərin Dneprovski rayonundakı Yuriya Şumskoho küçəsində baş verib. Təhlükəsizlik Xidməti qarşı tərəfi ittiham edib. Müdafiə Nazirliyinin kəşfiyyatçıları isə onları nazirlik rəsmisini zorla götürməyə çalışmaqda suçlayıb. Toqquşma zamanı 3 nəfər xəsarət alıb".

Ukrayna prezidenti Volodimir Zelenski ölkənin iki təhlükəsizlik orqanı arasında baş verən silahlı toqquşmanı qınayıb. O, bu hadisəni ölkə adına "utancverici" adlandırıb və  faktın detallı araşdırılmaısna göstəriş verib.

E.ARAZ

mia.az

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR