SOCAR-da daha bir maraqlı dəyişiklik - Vitse-prezidentin müavini vəzifəsinə təyinat olub

SOCAR-da daha bir maraqlı dəyişiklik - Vitse-prezidentin müavini vəzifəsinə təyinat olub

İQTİSADİYYAT

Bugün, 09:57

Azərbaycan Dövlət Neft Şirkətində (SOCAR) yeni təyinat olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Orxan İsmayılov SOCAR-ın Vitse-prezidentinin müavini vəzifəsinə təyin olunub.

O, bu ilin mart ayından yeni təyinatadək “SOCAR Upstream Əməliyyatların idarə olunması” şirkətinin Strateji idarəetmə məsələləri üzrə icraçı müşaviri vəzifəsində çalışıb.

Ümumilikdə isə 2015-ci ildən bəri SOCAR-da müxtəlif vəzifələrdə işləyib.

Qeyd edək ki, SOCAR-ın hazırda 10 vitse-prezidenti var./nocomment.az/

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR