ƏKİN SAHƏLƏRİ İLƏ BAĞLI DƏYİŞİKLİK - Yeni qanun təsdiqləndi, nələr olacaq?
İQTİSADİYYAT
02.09.2026, 13:54
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.
Torpaq Məcəlləsində dəyişiklik
Kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir. Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Qanunda torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.
Qanun torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Mülki Məcəllədə dəyişiklik
Torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.
"Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunda dəyişiklik
Konsolidasiya prosesinin texniki tərəfini - torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını - tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir. Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.
"Torpaq bazarı haqqında" qanunda dəyişiklik
Konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik
Qanuna edilən dəyişikliklə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.
Qanun torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Dəyişikliyin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılıb. Qanunun qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Türkiyə qadın millisi Avropa çempionu oldu
Bugün, 22:28 İDMAN
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN