ƏKİN SAHƏLƏRİ İLƏ BAĞLI DƏYİŞİKLİK - Yeni qanun təsdiqləndi, nələr olacaq?
GÜNDƏM
Bugün, 13:54
Prezident İlham Əliyev Milli Məclisin iyulun 14-də qəbul etdiyi Torpaq Məcəlləsində, Mülki Məcəllədə, "Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında", "Torpaq bazarı haqqında" və "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunlarda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.
Mia.az xəbər verir ki, sənəd kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası üçün hüquqi baza yaradılmasını nəzərdə tutur.
Torpaq Məcəlləsində dəyişiklik
Kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanması torpaq resurslarından tam istifadəni ciddi şəkildə məhdudlaşdırır. Parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya maneə törədir, suvarma sistemlərinin effektiv qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Bunun nəticəsində istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir. Konsolidasiya müvafiq icra hakimiyyəti orqanının yaratdığı komissiyanın qərarı əsasında hazırlanan layihə ilə həyata keçirilir. Qanunda torpaq sahələrinin mövcud vəziyyətinin təhlili, yeni sərhəd və yerləşmə sxeminin mülkiyyətçilərlə razılaşdırılması, infrastruktur dəyişiklikləri əks etdirilir. Komissiyanın qərarı ilə təsdiq olunan bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir. Bu mexanizm konsolidasiya prosesinin şəffaf, mübahisəsiz və hüquqi cəhətdən etibarlı şəkildə başa çatdırılmasını təmin edir.
Qanun torpaq parçalanmasının yeni formada davam etməsinin qarşısını almaq məqsədilə kənd təsərrüfatı torpaqlarının alqı-satqı və digər özgəninkiləşdirmə yolu ilə bölünməsinə yalnız nəticədə yaranan hər bir sahənin ölçüsü 5 hektardan az olmadığı hallarda yol verir. Bu məhdudiyyət kiçik, qeyri-səmərəli sahələrin yenidən yaranmasının qarşısını alır.
Mülki Məcəllədə dəyişiklik
Torpaqların könüllü konsolidasiyasını stimullaşdırmaq məqsədilə Mülki Məcəlləyə yeni 648-1-ci maddə əlavə edilir: kənd təsərrüfatı torpaq sahəsi satışa çıxarıldıqda həmin sahə ilə bilavasitə ümumi sərhədə malik torpaq sahəsi mülkiyyətçiləri həmin sahəni eyni şərtlərlə satın almaqda üstünlük hüququna malik olurlar. Bu norma qonşu torpaq sahiblərinin öz sahələrini genişləndirməsinə, beləliklə konsolidasiyaya təbii bazar mexanizmi vasitəsilə nail olunmasına şərait yaradır.
Miras yolu ilə torpaq parçalanmasının qarşısını almaq üçün 1282-ci maddəyə dəyişiklik edilir: vərəsəlik zamanı kənd təsərrüfatı torpağının bölünməsinə yalnız hər bir hissənin 5 hektardan az olmaması şərti ilə yol verilir. Bölgü mümkün olmadıqda torpaq təsərrüfatla birlikdə satıla, vərəsələr isə paylarını pul şəklində ala bilərlər. Bundan əlavə, konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak hüquqlarının dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına daxil edilir.
"Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" qanunda dəyişiklik
Konsolidasiya prosesinin texniki tərəfini - torpaq sahələrinin yeni sərhədlərinin yerdə müəyyən edilməsini, kadastr məlumatlarının yenilənməsini və infrastruktur planlaşdırmasını - tənzimləmək üçün yerquruluşu xidmətinin funksiyaları genişləndirilir. Kadastr məlumatları ilə yerdəki faktiki vəziyyət arasındakı uyğunsuzluqların aradan qaldırılması, konsolidasiya ərazilərində yeni infrastruktur obyektlərinin planlaşdırılması bu xidmətin səlahiyyətlərinə daxil edilir. Konsolidasiya ilə bağlı kompleks yerquruluşu işlərinin komissiyanın qərarı əsasında həyata keçirilməsi, yeni formalaşmış sahələrin mülkiyyətçilər arasında bölüşdürülməsi proseduru da müəyyən edilir.
"Torpaq bazarı haqqında" qanunda dəyişiklik
Konsolidasiya məqsədilə həyata keçirilən torpaq əqdlərinin xüsusi hüquqi rejimə ehtiyacı olduğundan həmin əqdlər torpaq bazarının tənzimləmə çərçivəsinə daxil edilir. Bu dəyişiklik konsolidasiya prosesinin torpaq dövriyyəsi qaydaları ilə ziddiyyət yaratmadan həyata keçirilməsini, əqdlərin hüquqi müəyyənliyini və şəffaflığını təmin edir.
"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunda dəyişiklik
Qanuna edilən dəyişikliklə konsolidasiyaya dair bölgü sənədi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər siyahısına əlavə edilir. Bu, konsolidasiya nəticəsində yaranan yeni torpaq sahələri üzərindəki hüquqların operativ və maneəsiz qeydiyyata alınmasını təmin edir.
Qanun torpaqların konsolidasiyasının həyata keçirilməsi üçün vahid hüquqi əsas formalaşdırır. Dəyişikliyin hazırlanmasında geniş miqyasda torpaq konsolidasiyası təcrübəsinə malik ölkələrin, o cümlədən Türkiyənin, habelə digər ölkələrin hüquqi aktları və prinsipləri təhlil edilərək yerli şəraitə uyğunlaşdırılıb. Qanunun qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qonşuları Mərkəzi Bankın keçmiş sədrindən şikayət olunub: "Qanunsuz quraşdırdığı üz tanıma cihazı ilə..."
Bugün, 15:32 DÜNYA
-
MİDA adından saxta müqavilələr hazırlayanlar saxlanıldı - VİDEO
Bugün, 15:10 KRİMİNAL
-
"Təndir hamamı" memarlıq abidəsi barədə məlumat yayıldı
Bugün, 15:01 MƏDƏNİYYƏT
-
Vəkil bürolarında nöqsanlar aşkarlanıb
Bugün, 14:58 CƏMİYYƏT
-
Prezident İlham Əliyev BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edib
Bugün, 14:40 GÜNDƏM
-
Azercell təhsildə innovativ yanaşmaların tətbiqini dəstəkləyir
Bugün, 14:25 CƏMİYYƏT
-
"Dövlət qurumları adından vətəndaşlara zəng..." - DİN-dən əhaliyə daha bir xəbərdarlıq
Bugün, 14:11 CƏMİYYƏT
-
İlham Əliyev Çinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:09 GÜNDƏM
-
ƏKİN SAHƏLƏRİ İLƏ BAĞLI DƏYİŞİKLİK - Yeni qanun təsdiqləndi, nələr olacaq?
Bugün, 13:54 GÜNDƏM
-
Bu qanunu pozanlar cəzalandırılacaq- Dəyişiklik
Bugün, 13:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev sərəncam imzalayıb - Hərbi xidmətlə bağlı
Bugün, 13:44 GÜNDƏM
-
Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları... - Prezident təsdiqlədi
Bugün, 13:19 GÜNDƏM
-
Bakıda ANAMA və ASEAN-ın Regional Mərkəzi arasında memorandum imzalanıb
Bugün, 13:11 GÜNDƏM
-
HƏKİMLƏRİN MAAŞI QALXIR - TƏBİB-in yeni rəhbəri rəqəmi açıqladı, yeni mesajlar verdi (CƏDVƏL) - YENİLƏNİB
Bugün, 13:05 CƏMİYYƏT
-
“Çevik” Qəbələdə döyüldü: iki nəfər saxlanıldı
Bugün, 12:58 İDMAN
-
Putindən Qarabağ və İlham Əliyev barədə maraqlı açıqlama: "Mən onların bunu etməyəcəyini, ermənilərin sadəcə..."
Bugün, 12:49 SİYASƏT
-
Sabah hava necə olacaq?
Bugün, 12:40 CƏMİYYƏT
-
İRAN-ABŞ ARASINDA ALOVLANAN MÜHARİBƏ "MƏKKƏ SAZİŞİ"NİN ƏHƏMİYYƏTİNİ ARTIR - TƏHLİL
Bugün, 12:27 SİYASƏT
-
"İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?" - ABŞ prezidenti İranla danışığa can atmadığını, Tehran rejimini fərqli taktika ilə "boğacaqları"nı iddia edir
Bugün, 12:11 SİYASƏT
-
İcra başçısının qanunsuz işlərində mühüm rol oynayan uşaqlıq dostu... - "Bu işlər yalnız icra başçısının möhürü ilə mümkündür"
Bugün, 12:08 CƏMİYYƏT
-
Xalq artistinin qızı dələduzluqla üzləşib
Bugün, 12:02 MƏDƏNİYYƏT
-
KTN-dən AAYDA-ya transfer... - Tünzalə Muradovaya yüksək vəzifə verildi
Bugün, 11:45 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Beynəlxalq Konfransın iştirakçılarına müraciət ünvanladı - MƏTN
Bugün, 11:27 GÜNDƏM
-
ABŞ İranda toy mərasimini vurdu, 4 nəfər öldü, 70 yaralı var - SEPAH isə əks hücumun görüntüsünü paylaşdı, Amerika bazalarına ağır zərbələr endirilib
Bugün, 11:09 GÜNDƏM
-
Almatıda Xalq rəssamı Lətif Kərimovun "Zamanın nəfəsi xalq sənətində" adlı sərgisi açılacaq
Bugün, 11:08 MƏDƏNİYYƏT
-
Bu tarixdə peşə tanınması üzrə imtahan keçiriləcək - DİM-dən xəbərdarlıq
Bugün, 10:57 GÜNDƏM
-
“QHT işi”: Hafiz Həsənova 9 il cəza istənildi
Bugün, 10:39 SİYASƏT
-
İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN DƏNİZDƏ TOQQUŞDU: 10 nəfər yoxa çıxdı
Bugün, 10:37 GÜNDƏM
-
Bakıda unikal hadisə: 30 yaşlı şəxs əvvəl bacısını, sonra özünü bıçaqlayıb
Bugün, 10:30 KRİMİNAL
-
Ağdamda əkin sahələri istifadəyə verilir
Bugün, 10:07 İQTİSADİYYAT
-
"Konyaspor" Mostafa Məhəmməd ilə müqavilə imzaladı
Bugün, 09:54 İDMAN
-
"Nyukasl Yunayted" gənc hücumçu transfer etdi
Bugün, 09:42 İDMAN
-
Azərbaycan nefti daha 5 dollar qalxdı - Qara qızıl neçəyədir?
Bugün, 09:35 İQTİSADİYYAT
-
"Barselona" "Arsenal"dan Qabriel Jesusu heyətinə qatdı
Bugün, 09:29 İDMAN