Putindən Qarabağ və İlham Əliyev barədə maraqlı açıqlama: "Mən onların bunu etməyəcəyini, ermənilərin sadəcə..."

Putindən Qarabağ və  İlham Əliyev barədə maraqlı açıqlama: \"Mən onların bunu etməyəcəyini, ermənilərin sadəcə...\"

SİYASƏT

Bugün, 12:49

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan dövlət başçısı İlham Əliyevi müasir və ziyalı insan adlandırıb.

 “İnterfaks” xəbər verir ki, o bu barədə Bişkekdə mətbuat konfransında Qarabağla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri hələ uzun illər əvvəl Qarabağı Azərbaycanın bir hissəsi olaraq tanıyıb və orada yaşayan erməni əhalisinin hüquq və maraqlarının təmin ediləcəyini bildiriblər:

“Onlar mənə deyirdilər: biz orada yaşayan erməni əhalisinin hüquq və maraqlarını təmin edəcəyik. Mən isə onların bunu etməyəcəyini, ermənilərin sadəcə özlərinin gedəcəyini deyirdim. Prezident Əliyev həmin insanlara pis heç nə etməyəcək. O, müasir, ziyalı insandır. Yüz faiz əminəm ki, o, onların maraqlarını təmin etməyə çalışacaq. Lakin ermənilər yenə də orada qalmayacaqlar. Belə də oldu”/qafqazinfo.

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR