İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN TOQQUŞDU: 10 nəfər yoxa çıxdı - Batan gəminin sahibi elə iddialar irəli sürdü ki... (Yenilənib)

İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN TOQQUŞDU: 10 nəfər yoxa çıxdı - Batan gəminin sahibi elə iddialar irəli sürdü ki... (Yenilənib)

GÜNDƏM

02.09.2026, 18:37

Bu gün İstanbulda - Mərmərə dənizinin Silivri istiqamətində Bakı vaxtı ilə gecə saat 04.00 radələrində Türkiyənin iki ticarət gəmisi - ALSU və TUĞBERK İMAMOĞLU toqquşub.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, hadisədən sonra ALSU-da gözlə görünən ziyan aşkarlanmasa da, TUĞBERK İMAMOĞLU-dakı 10 heyət üzvü ilə əlaqə qurmaq mümkün olmayıb.

Dənizçilik Baş İdarəsindən fakt təsdiqlənib. Bildirilib ki, ikinci gəmi batıb və 10 dənizçiylə hələlik əlaqə yaratmaq mümkün olmayıb: "Kocaelidən Əliağaya gedən Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi ilə İskenderun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi hələlik müəyyən edilməmiş bir səbəbdən toqquşub. Qəzadan sonra TUĞBERK İMAMOĞLU adlı gəmi ilə əlaqə yaratmaq mümkün  olmayıb. Orada olan 10 nəfərin taleyi məlum deyil. Axtarış-xilasetmə əməliyyatlarına başlayıb".

***

İstanbulun Silivri sahillərində batan gəminin sahibi Tahsin Doğruyol dəhşətli hadisələri "A Haber"ə danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, sahibi olduğu gəminin kapitanının toqquşan digər gəmiyə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qəzanın baş verdiyini deyib.

Sahibkar iddia edb ki, qarşı tərəfi 32 dəqiqə ötsə belə, kömək çağırmayb və hadisə yerindən qaçıb: "Hadisə təxminən saat 03:10 (Bakı vaxtı iə saat 04.10) radələrində baş verib. Hadisəni agentlikdən saat 05:00 radələrində telefon zəngi ilə öyrəndim. Açqı deyirəm: hər iki gəmi tam təchiz olunmuş radar və işıq sistemlərinə malikdir. Bizim kapitan da təhlükəni əvvəldən görüb və qarşı tərəfi dəfələrlə xəbərdar edib. Deyib ki, "bizə doğru yön alıbsız, diqqətli olun". Ancaq o gəmi yönünü dəyişə bilmir və gəminin iti uclu burnu ilə bizim gəminin ön hissəsini dəlib gedir. Oradan isə su dolaraq gəmini batırır. Digər gəmidə heç bir zədə yoxdur. Metal zədələnsəydi, gəmi bu qədər tez batmazdı. Düşünürük ki, bu su sızması gəminin əyilməsinə səbəb olub, başqa bir şey düşünə bilmirik. Mənə ağr gələn odur ki, əvvəlcə digər gəminin boş olduğu bildirilirdi, lakin sonradan göyərtədə 3000 ton yük olduğu üzə çıxdı. Hadisəyə gec müdaxilə olunub, vəziyyətdən yalnız gəmidəki təcili siqnalizasiya sistemi (EPIRB) sayəsində xəbərdar olduq. Toqquşan gəminin yalnız 32 dəqiqə sonra VTS-ə (Gəmi Hərəkəti Xidmətləri) xəbər verdiyini anlaya bilmirəm. Onlar niyə vaxtında kömək çağırmaq əvəzinə, gözləməyə və hadisə yerindən qaçmağa can atıb? Bunun adı xəyanətdir..."

F.SƏFƏRLİ

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR