İSTANBULDA İKİ GƏMİ SƏHƏRƏ YAXIN TOQQUŞDU: 10 nəfər yoxa çıxdı - Batan gəminin sahibi elə iddialar irəli sürdü ki... (Yenilənib)
GÜNDƏM
02.09.2026, 18:37
Bu gün İstanbulda - Mərmərə dənizinin Silivri istiqamətində Bakı vaxtı ilə gecə saat 04.00 radələrində Türkiyənin iki ticarət gəmisi - ALSU və TUĞBERK İMAMOĞLU toqquşub.
Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, hadisədən sonra ALSU-da gözlə görünən ziyan aşkarlanmasa da, TUĞBERK İMAMOĞLU-dakı 10 heyət üzvü ilə əlaqə qurmaq mümkün olmayıb.
Dənizçilik Baş İdarəsindən fakt təsdiqlənib. Bildirilib ki, ikinci gəmi batıb və 10 dənizçiylə hələlik əlaqə yaratmaq mümkün olmayıb: "Kocaelidən Əliağaya gedən Türkiyə bayrağı altında üzən ALSU ticarət gəmisi ilə İskenderun Limanından Karadeniz Ereğliyə gedən Türkiyə bayrağı altında üzən TUĞBERK İMAMOĞLU ticarət gəmisi hələlik müəyyən edilməmiş bir səbəbdən toqquşub. Qəzadan sonra TUĞBERK İMAMOĞLU adlı gəmi ilə əlaqə yaratmaq mümkün olmayıb. Orada olan 10 nəfərin taleyi məlum deyil. Axtarış-xilasetmə əməliyyatlarına başlayıb".
***
İstanbulun Silivri sahillərində batan gəminin sahibi Tahsin Doğruyol dəhşətli hadisələri "A Haber"ə danışıb.
Mia.az Türkiyə mətbuatına istinadla bildirir ki, o, sahibi olduğu gəminin kapitanının toqquşan digər gəmiyə dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, qəzanın baş verdiyini deyib.
Sahibkar iddia edb ki, qarşı tərəfi 32 dəqiqə ötsə belə, kömək çağırmayb və hadisə yerindən qaçıb: "Hadisə təxminən saat 03:10 (Bakı vaxtı iə saat 04.10) radələrində baş verib. Hadisəni agentlikdən saat 05:00 radələrində telefon zəngi ilə öyrəndim. Açqı deyirəm: hər iki gəmi tam təchiz olunmuş radar və işıq sistemlərinə malikdir. Bizim kapitan da təhlükəni əvvəldən görüb və qarşı tərəfi dəfələrlə xəbərdar edib. Deyib ki, "bizə doğru yön alıbsız, diqqətli olun". Ancaq o gəmi yönünü dəyişə bilmir və gəminin iti uclu burnu ilə bizim gəminin ön hissəsini dəlib gedir. Oradan isə su dolaraq gəmini batırır. Digər gəmidə heç bir zədə yoxdur. Metal zədələnsəydi, gəmi bu qədər tez batmazdı. Düşünürük ki, bu su sızması gəminin əyilməsinə səbəb olub, başqa bir şey düşünə bilmirik. Mənə ağr gələn odur ki, əvvəlcə digər gəminin boş olduğu bildirilirdi, lakin sonradan göyərtədə 3000 ton yük olduğu üzə çıxdı. Hadisəyə gec müdaxilə olunub, vəziyyətdən yalnız gəmidəki təcili siqnalizasiya sistemi (EPIRB) sayəsində xəbərdar olduq. Toqquşan gəminin yalnız 32 dəqiqə sonra VTS-ə (Gəmi Hərəkəti Xidmətləri) xəbər verdiyini anlaya bilmirəm. Onlar niyə vaxtında kömək çağırmaq əvəzinə, gözləməyə və hadisə yerindən qaçmağa can atıb? Bunun adı xəyanətdir..."
F.SƏFƏRLİ
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakı və Abşeronda yağış yağacaq - Xəbərdarlıq
Bugün, 21:04 GÜNDƏM
-
Vəzifədən azad olunan rəis nazirin müşaviri oldu
Bugün, 18:43 CƏMİYYƏT
-
Şahin Mustafayev İran rəsmisi ilə telefonda danışıb - Nələr müzakirə edilib?
Bugün, 18:01 SİYASƏT
-
“Fənərbaxça”nın prezidenti və qızı Bakıda - Prezident və xanımı ilə görüşüblər + FOTO
Bugün, 17:15 GÜNDƏM
-
Kəmalə Cəfərovanın “Yaşamaq da sənətdir” adlı fərdi sərgisi keçirildi - VİDEO, FOTOLAR
Bugün, 16:56 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev və birinci xanım Hərbi Dəniz Qüvvələrində - FOTOLAR
Bugün, 15:09 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:52 CƏMİYYƏT
-
Prezident İlham Əliyev Krala məktub göndərdi - MƏTN
Bugün, 12:00 GÜNDƏM
-
Sabiq nazirin daha bir bahalı evi yarı qiymətə satışa çıxarılıb
Bugün, 11:40 SİYASƏT
-
Nazirlikdən hava ilə bağlı - Xəbərdarlıq
Bugün, 10:08 CƏMİYYƏT
-
Ağdamda traktor minaya düşüb (Yenilənib)
Bugün, 09:42 GÜNDƏM
-
Məşhur aktyor evində öldürülüb? - Narkotik, gözləri, qolları və ayaqları ətrafında qançırlar...
05.09.2026, 23:49 MƏDƏNİYYƏT
-
Türkiyə Super liqası: "Fənərbağça" doğma meydanında uduzdu
05.09.2026, 23:25 İDMAN
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
05.09.2026, 15:33 GÜNDƏM
-
Yenicag.az saytının 19 yaşı tamam olur
05.09.2026, 12:34 PRESS
-
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası olacaq
05.09.2026, 11:28 İQTİSADİYYAT
-
Azərbaycan nefti ucuzlaşıb
05.09.2026, 09:25 İQTİSADİYYAT
-
Bakıda BMT-nin Dördüncü İqlim Həftəsi keçiriləcək
05.09.2026, 09:07 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
05.09.2026, 00:12 CƏMİYYƏT
-
"Qalatasaray" qalib gəldi
04.09.2026, 23:28 İDMAN
-
Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır + VİDEO
04.09.2026, 23:15 CƏMİYYƏT
-
UEFA "Fənərbağça"nın oyunçularını cəzalandırdı
04.09.2026, 21:49 İDMAN
-
İlham Əliyev və Mehriban Əliyeva Xalq artistinin müalicəsini nəzarətə götürüb
04.09.2026, 20:03 GÜNDƏM
-
Azərbaycan Süni İntellekt İnstitutu ilə Ankara Universiteti süni intellekt sahəsində rəsmi və akademik tərəfdaşlığa başlayır
04.09.2026, 19:57 GÜNDƏM
-
Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" adlandırılacaq
04.09.2026, 18:05 GÜNDƏM
-
ABŞERON SU İDARƏSİNDƏ YOXLAMA APARILDI: Mikayılov hansı qərarı verəcək?
04.09.2026, 18:05 GÜNDƏM
-
"Trabzonspor"un yeni baş məşqçisi kim olacaq? - Məşhurların adı hallanır
04.09.2026, 17:47 İDMAN
-
Dərnəgül tikinti bazarı hara köçürüləcək? - VİDEO
04.09.2026, 17:34 İQTİSADİYYAT
-
Formula 1 yarışlarına görə bağlanacaq məktəblər...
04.09.2026, 17:23 CƏMİYYƏT
-
"Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul yekunlaşıb" - Məleykə Abbaszadə
04.09.2026, 17:12 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
04.09.2026, 17:00 İQTİSADİYYAT
-
Sabah bəzi rayonlarda leysan olacaq - Xəbərdarlıq
04.09.2026, 16:48 GÜNDƏM
-
"Fənərbağça"nın müdafiəçisi bu klubla anlaşdı
04.09.2026, 16:30 İDMAN
-
İstanbulda 31 vəkil saxlanıldı - 39 vəkil bürosunda isə axtarış aparılıb + SİYAHI
04.09.2026, 16:18 KRİMİNAL