Türkiyənin sabiq DİN başçısı ev dustağı oldu, ölkədən çıxışı qadağam edildi - Təriqətlə əlaqəyə görə

Türkiyənin sabiq DİN başçısı ev dustağı oldu, ölkədən çıxışı qadağam edildi - Təriqətlə əlaqəyə görə

SİYASƏT

Bugün, 00:05

Türkiyənin sabiq Daxili İşlər naziri İdris Naim Şahin Ankarada həbs olunan Süleymançılar təriqətinin lideri Alihan Kurişin cinayət işi üzrə istintaqa 12 səhifədən ibarət ifadə verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ifadəsi alındıqdan sonra sabiq nazir məhkəməyə sövq edilib.

Məlumata əsasən, istintaq və məhkəmədə Alihan Kurişlə əlaqəsini inkar edən sabqi nazir xidməti maşınında 200 kq qızılla tutulan qardaşı Hilmi Tuna Kurişi tanıdığını etiraf edib: "Beləliklə, "qondarma təşkilata bilərəkdən və könüllü kömək etmək" və "cinayətkarı gizlətmək" ittihamları ilə məhkəməyə çıxarılan sabiq nazir ev dustaqlığına buraxılıb. Məhkəmə, həmçinin onun ölkədən çıxışına qadağa tələbini qəbul edib".

Onu da qeyd edək ki, sabiq nazir ötən parlament seçkisində İYİ partiyanın siyahısı ilə seçkiyə qatılsa da, deputat seçilə bilməyib. 

Xatırladaq ki, "Süleymançılar"ın işi üzrə indiyə kimi Alihan Kuriş və qardaşı Hilmi Tuna Kuriş də daxil olmaqla 80-dən çox şübhəli həbs edilib. Bununla yanaşı, təriqətə bağlı olan 50 şirkət və 4 assosiasiya, onlarla məşhur mağazaların üzərinə həbs qoyulub, milyonlarla məbləğində vəsaitlər aşkarlanaraq götürülüb.

F.ƏHMƏD

MİA.AZ

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR